Bütün sərhədləri dağlar olan Xınalıq kəndi barədə 10 maraqlı fakt
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi həm coğrafi, həm mədəni olaraq ölkəmizin digər məkanlarından fərqlənir. Bu kənd haqqında 10 maraqlı fakt da sizə bunu nümayiş etdirəcək.

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi həm coğrafi, həm mədəni olaraq ölkəmizin digər məkanlarından fərqlənir. Bu kənd haqqında 10 maraqlı fakt da sizə bunu nümayiş etdirəcək.

1. Xınalıq dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşir və dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir.

2. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib.

Digər tədqiqatçıların fikrinə görə isə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "-lıq" şəkilçisinin birləşməsindən formalaşıb, "Xenidən olanlar, xenililər" mənasındadır.

3. Xınalıq kəndliləri arasında keçmiş ənənələrə əsaslanan alovla fala baxmaq adəti var.

4. Xınalıqda fərqli dövrlərdə inşa olunmuş 7 məscid var. Onların ortaq xüsusiyyəti isə ev formasında və minarəsiz olmasıdır.

5. Xınalıq kəndi Şahdağ, Bazardüzü və Tufan dağı yüksəklikləri ilə əhatələnib.

6. Xınalıq kəndinin əhalisi kətiş adlı unikal bir dildə danışırlar.

Kətiş dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur. Bu dildə 28 sait var. Kətiş dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənirlər. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

7. Qubadan Xınalığa 57 kilometrlik məsafə var. Qış aylarında yol tez-tez bağlanır. Başqa vaxtlarda isə sadəcə "Niva" və "Villis" tipli maşınlarla getmək mümkün olur.

Xınalıq kəndinə gedən sürücülər bu məsafəni adətən 40-45 manata aparır.

8. 30 manata kənddə yerləşən qonaq evində qala bilərsiniz.

Alternativ variant isə kəndlilərin evində qonaq olmaqdır. Yerli əhali bunun üçün təxminən 10-15 manat istəyir.

9. Xınalıq kəndində çox az ağac olduğu üçün tonqalı təzək ilə yandırırlar. Novruz tonqalı da belə qalanır.

Xınalıq kəndində çox az ağac olduğu üçün tonqalı təzək ilə yandırırlar. Novruz tonqalı da belə qalanır.

10. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri