Dəsmal büstqalter icadının səbəbi nədir?
Ombaları böyüdən kalqotka! Daha yaxşı selfiler etmək üçün telefon fəndləri! "Əkizləri havaya qaldırmaq üçün" yapışqan büstqalterlər!

Sosial şəbəkələrdə yenilik edən şirkətlər virus kimi yayılan reklam kampaniyalarındakı bu şüarlarla qadınları cəlb etməyə çalışırlar. İndi də ilk baxışda mənasız bir şey kimi görünən dəsmal büstqalterlər meydana çıxıb.

'Sinə nənnisi'

'Sinə nənnisi'

Ta-ta towel adı verilən və boyundan asılaraq sinəni örtən bu dəsmal büstqalterlər təri özünə çəkmək üçün nəzərdə tutulub. Sosial şəbəkədə bir qadın büstqalteri "qəribə sinə nənnisi" , bir başqası isə "qadınların ehtiyacı olduğuğundan xəbərdar olmayan sinə aksessuarı" adlandırıb. 

Qadınlar da iki yerə ayrılıb: Bir tərəfdə dəsmal büstqalteri eybəcər və lazımsız məhsul kimi qəbul edənlər. Digər tərəfdə körpələrini əmizdirən və bu məhsuldan razı qalanlar.

Dəsmal büstqalterin müzakirəsi niyə əhəmiyyətlidir?

Dəsmal büstqalterin müzakirəsi niyə əhəmiyyətlidir?

Qərbin capitalist cəmiyyəti ənənəvi olaraq məhsullarını satmaq üçün sinələri seksuallaşdırdığı məlumdur.

Bu strategiya ilə milyonlarla dollar qazanılıb. 

Ancaq qəbul etmək lazımdır ki, dəsmal büstqalter qadınların sinələrini örtən dünyadakı ən seksual şey deyil. 

Dünya gülməli görüntüsü olan sinə qaldırıcı məhsulla tanış oldu və çox bəyəndi. 

İllər keçsə də, büstqalter dizaynlarının dəyişmədiyini düşünsək, bəlkə də çox təəccüblənmək lazım deyil.

Reklamlarda böyük sinəli modellər

Reklamlarda böyük sinəli modellər

Ta-ta towel-i Los-Angeles-də yaşayan Erin Robertson icad edib. 

Robertson bir gün evində duş qəbul etdikdən dərhal sonra sinələrinin tərlədiyinin fərqinə varıb. Gənc qadın internet saytında icadının ağlına necə gəldiyini bu ifadələrlə anladıb:

"Hər şeyi sınaqdan keçirdim. Sinəmin altına dəsmal qoydum. Hər yerimə körpə pudrası sürtdüm. Ama dəsmallar çox gülməli görünürdü. Pudra ucbatından isə xəmirə dönmüşdüm. Köynək geyindiyimdə isə daha da tərləyirdim"

Bəlkə də çox qəşəng görünmür, amma yay mövsümünün böyük sinəli xanımlar üçün cəhənnəm olduğu dəqiqdir. Məhsul beləliklə daha bir yenilik gətirmiş olub:. reklamlarda məhsulu tanıdan qadınlar standart modellərdən daha böyük sinəyə sahibdirlər.

Süd verən analar xoşbəxtdirlər

Süd verən analar xoşbəxtdirlər

Ta-ta towel eyni zamanda yeni ana olanlar üçün bir hədiyyə kimidir. 

Sara McGinnis adlı bir blog yazarı körpəsini əmizdirərkən süd axacağından narahat olaraq hər dəfə yanında əl dəsmalı gəzdirdiyini və paltar dəyişdirməkdən yorulduğunu yazıb. 

Əlbəttə ki, bu dəsmal büstqalterlər hər kəsin zövqünə uyğun deyil. Amma qadınların ana olmağın ilk ayında yaşadıqları çətinliklərlə bağlı düzgün və həyəcan yaradan müzakirələri üzlərdə təbbəssüm yaradır.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri