Dünya ölkələri haqqında maraqlı məlumatlar
Fransanın 12 zaman qurşağında torpaqları var

Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.

Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir. İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.

Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.

Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.

Rusiya dünyada ordusunda tankların sayına görə birinci ölkə hesab olunur: 21.000.

Demək olar ki, hər kategoriyada – mədəni, iqtisadi, iqlim, irqi, dini, dil və etnik baxımdan Hindistan dünyada ən çox müxtəlifliyi olan ölkələrdəndir

Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.

Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür

Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri