Dünyada bir evin qiymətinə yemək yeyən insanlar var sizcə? Təbii ki, var. Onların nələr yediyi ilə tanış olaq :)

1. Matsutake göbələyi – 1000 Dollar

Matsutake göbələyi – 1000 Dollar

Yaponiyada nadir şəkildə yetişən və trüf göbələyinə bənzəyən güclü aroması yeməklərə ləzzət qatır.

2. Simit- 1000 Dollar

Simit- 1000 Dollar

Aşcı Frank Tujague tərəfindən New York’dakı Westin Hotel üçün düzəldilən bu simit, trüf kremi və yeyiləbilən qızılla servis edilir

3. Omlet – 1000 Dollar

Omlet – 1000 Dollar

New York’dakı Le Parker Meridien Oteli’nin içindəki restoranda bişirilən omletdə altı yumurtadan əlavə 300 qram sevruga kürüsü və bir ədəd də xərçəng var. Əlavə olaraq üstü də kürü ilə bəzədilib.

4. Wagnu əti – 2.800 Dollar

Wagnu əti – 2.800 Dollar

Dünyanın ən dəyərli əti Yaponiyanın Kobe şəhərində yerləşir. Wagnu mal-qaraları sadəcə pivə ilə qidalanırlar və hər gün masaj edilirlər.

5. Samundari khazana – 3.200 Dollar

Samundari khazana – 3.200 Dollar

"Su məhsulu xəzinəsi" mənasına gələn bu yeməyin içində kürü, dəniz ilbizi, bir xərçəng və yeyiləbilən qızıl var. Bu yemək Londonda Bombay Brasserie`də servis edilir.

6. Pizza Royale 007 – 4.200 Dollar

Pizza Royale 007 – 4.200 Dollar

Pizza Royale şampana batırılmış hisə verilmiş qızıl balıq, kürü, köhnə balzamik sirkə, maral ətindən ibarətdir. Bunlardan əlavə 24 karat qızılla bəzədilir.

7. Dansuke qarpuzu – 6.100 Dollar

Dansuke qarpuzu – 6.100 Dollar

Sadəcə Yaponiyanın şimalında Hokkaido adasında yetişən bu qarpız qara rəngdədir. Şimali Yaponiyada yetişdirilən Dansuke qarpızı hər sezon 65 dənə yetişdirilir.

8. Almas kürü – 15.000 Dollar

Almas kürü – 15.000 Dollar

Beluga balığının yumurtasından əldə edilən Almas kürüsünün yarım kilosu 8400 dollar ilə 15 min 500 dollar arasında dəyişir. Bu kürünü özəl edən şey törədiyi balıqdır. Beluga balığı 120 milyon ildir dünyada olsa da nəsili kəsilmək üzrədir və daha çox Xəzər dənizində tapılır.

9. İtalyan ağ alba göbələyi – 160.406 Dollar

 İtalyan ağ alba göbələyi – 160.406 Dollar

Göbələklərin "Müqəddəs qədəhi" olaraq tanınan bu göbələyin qiymətinin bahalı olması kəskin dadı, aroması və nadir olması ilə əlaqədardır. 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri