Ən Sağlam Qidanı Seçməyin Sirləri - 7 Məhsul
Marketdə ən ağıllı davranan siz olun! Mir.az olaraq sizlərə ən gözəl qidaları seçməyin yollarını öyrədəcəyik.

Marketdə qidaları seçərkən çətinlik çəkirsiniz? Bütün bu geni dəyişmiş, dərmanlı, saxta qidalar arasında ən yaxşısını seçmək əlbəttə ki, çox çətindir. Ən çox istifadə etdiyimiz qidaların keyfiyyətini və təbiiliyini necə seçməliyik? Cavablar aşağıda.

1. Pendir

1. Pendir

Pendir alarkən rənginə, deşiklərinə və səth quruluşuna diqqət etməlisiniz. Səthi homogen olmalı çox ağlar olmamalıdır. Dəliklər bütün səthə bərabər ölçüdə yayılmalıdır. Pendiri əlinizlə bir az sıxın, əgər elastik formada əvvəlki formasını almırsa siz də onu almasanız yaxşı olar.

2. Çörək

2. Çörək

Təzə çörək sərt olmaz, bu səbəblə çörək alarkən marketdə mütləq toxunun. Plastik qabın içindəki çörəklər uzun müddət təzə qalsa da, bir neçə saata ləzzətlərini itirdiklərini unutmamaq lazımdır.

3. Bal

3. Bal

Təbii balın içi görünməli və rəngi hər yerində eyni olmalıdır. Keyfiyyətli bal çox şirin olur və özünə xas bir qatılığı olur. Bir balın yaxşı olub olmadığını bilmək istəyirsinizsə iki parmağınızın arasına bir az sürtün, əgər dərinizə asanlıqla sorulursa o bal yaxşıdır.

4. Dondurma

4. Dondurma

İçində qırmızı meyvə olan dondurmalar əsasən sünidir, çünki o dadı əldə etmək və qorumaq həqiqətən də çox çətindir. Bu səbəblə dondurma alarkən mütləq tərkibinə baxın. Fındıq və ya fıstıq qırıntılı olanlar hər zaman daha yaxşıdır.

5. Ət

5. Ət

Təzə ət parlaq qırmızı və ya qəhvəyi olmur, çəhrayı olur. Əlinizə aldıgınızda öz formasını qoruyur və əlinizə yapışmır. Yağ cizgilərinə diqqət etsəniz, şəffafa yaxın çox açıq rəngdə olmalıdır.

6. Balıq

6. Balıq

Təzə balığın gözləri parlaqdır, buğlu və tərs çevrilmiş gözlər köhnə balığın əlamətidir. Qəlsəmələr parlaq qırmızı və ya nadir hallarda açıq çəhrayı olmalıdır. Balığı əlinizə alanda quyruğu rahat şəkildə sallanmalıdır.

7. Yaşıl Soğan

7. Yaşıl Soğan

Soğanın yaşıl və ağ yerinin kəsişdiyi yerə baxın, arada aydın bir xətt göstərməlidir. Dumanlı bir xətt varsa məhsul sərt və acı ola bilər.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri