Niyə siz hələ də varlı deyilsiniz? Çünki aşağıdakı səhvləri edirsiniz: ətrafınızın necə vacib olduğunu bilmirsiniz; dəqiq məqsədinizi və ya məqsədə çatmağınızı bilmirsiniz; istehlakçı kimi düşünürsünüz (xərc və gəlir, invesisiya yox).
Bəs varlılar necə edir?

Prespektivi görmək

Varlılar bütün işlərdə prespektiv görürlər. Ya da onu ümumiyyətlə görmürlər. Axırıncı halda onlar həmin işin başını buraxırlar, ona dəyərli vaxt, güc və enerjilərini sərf etmirlər.

Nəticə üçün işləmək

Varlılar nə istehsal etsələr də, nə xidmət göstərsələrdə nəticəyə baxırlar. Onların məqsədi yekunda keyfiyyətli məhsul və ya xidmət təqdim etməkdir. Yalnız bu halda istehlakçılar razı qalır və təlabat artır.

İnadkarlıq

Alınmır? Varlılar təslim olmur. Kiminsə xoşuna gəlmir? Varlılar heç kimi düşünmürlər. Yoruldunuz və bezdiniz? Varlılar səbirlidirlər, tutduqları yoldan asanlıqla çəkilmirlər. Öz istəklərinə də mütləq nail olacaqlar.

Ətraf

Varlılar özlərinə güvənirlər. Burada olara ətraf insanlar da az kömək eləmir. Lakin varlılar ətraflarından yalançı, lazımsız insanları uzaqlaşdırırlar.

Öz dünyaları var

Varlılar öz dünyalarında yaşayırlar. Onlar bu dünyanı daim müsbət emosiya və enerji ilə doldururlar. Bunula onlar daim pozitiv və gələcəyə prespetktivli baxan olurlar.

Uğursuzluq = uğur

Varlılar hər bir uğursuzluqdan dərs alırlar. Gələn səfər buraxdıqları səhvlərdən yan keçməyə diqqət edirlər. Eyni səhvləri etmirlər.

Gəlirin mənbəyi

Bir çox insanlar öz işlərini gəlir mənbəyi hesab edirlər. Varlılar üçün fərqi yoxdu harda və necə qazanırsan. Onlar başqalarına qulaq asmır və istədikləri yerdə istədikləri pulu qazanırlar.

Komanda

Varlılar öz komandalarını ağıllı, təcübəli, cəld adamlardan yığırlar. Onların köməyi ilə varlıların biznesi çiçəklənir. Savadsız kadrları isə elə savadsızlar yığır.

İnvestisiyalar

Varlılar bilirlər ki, ən yaxşı investisiya – özünə qoyulmuş investisiyadır. Onlar şəxsi inkişafına, bizneslərinə, aktivlərinə, təcrüblərinə pul xərcləyirlər.

Unutmayın: varlı olmaq istəyirsiniz isə, varlı kimi düşünməlisiniz.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri