Nağıllar şəhəri "Praqa"
Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur.

1. Köhnə şəhər (Stare Mesto)

Köhnə şəhər (Stare Mesto)

Çex dilində mesto şəhər deməkdir.

Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir.

Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir.

Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb.

Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var.

6. Yeni şəhər (Nove Mesto)

 Yeni şəhər (Nove Mesto)

Praqanın bu hissəsində turistlər üçün geniş imkanlar açılır. Gözəl arxitektura, müxtəlif restoranlar və barlar, diskotekalar, kazino, Milli Muzey və Milli Teatr, eləcə də məşhur Vaslav Meydanı da buradadır.

Vastav meydanında 60-cı illərin əvvəlində kommunist rejiminə qarşı sovet tanklarının qarşısına əliyalın çıxmış gənc çexlərin şərəfinə rəmzi abidə kimi ucaldılıb.Azad Avropa və Azadlıq Radiolarının baş qərargahı da Vaslev Meydanındakı köhnə parlament binasıdır.

İndi o qapılar olmasada Yeni şəhərin gözəlliyinə heç bir xələl dəyməyib.Uzun illər ərzində Yeni şəhərlə Köhnə şəhəri birləşdirmək istəyiblər. Bu istək nəhayət 1784-cü ildə baş tutub.

Karl Körpüsü - Praqada olarkən Köhnə və Yeni şəhəri birləşdirən Karl körpüsündən keçməmək sadəcə günahdır.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri