Niyə əzələləriniz inkişaf etmir - Əzələ inkişafı üçün qidalanma
Heç özünüzə sual vermisiniz ki, niyə sizin əzələlərinizin bir müddət sonra böyüməsi dayanıb. Baxmayaraq ki, siz daha çox və ciddi məşq edirsiniz.

– Siz çox intensiv məşq edirsiniz və nəticədə əzələlərinizi əksinə zədələyirsiniz. Bu səbəbdən bir əzələ qrupunu həftədə bir, maksimum iki dəfə məşq elətdirmək lazımdır.

– Siz çox məşq edirsiniz – məşqinizi çalışın bir saata sığışdırın. 45 dəqiqədən sonra kortizol hormonu çoxalmağa başlayır. Bu hormon əzələ hüceyrələrini dağıdır.

– Siz çox az yatırsınız – əzələ artımı üçün çoxlu yatmaq lazımdır. Sizin əzələləriniz yuxuda böyüyür. Buna görə gündə 8 saatdan çox yatmağa çalışın.

– Siz alkoqoldan istifadə edirsiniz – alkoqol əzələ kütləsini dağıdır, orqanizmin digər funksiyalarına mənfi təsir göstərir.

– Siz məşq proqramınızı dəyişmirsiniz – qəbul edilib ki, 6-8 həftədən sonra proqramlar dəyişilsin. Əzələlər adaptasiya ola bilirlər. Onlar eyni məşqə öyrəşdikdən sonra artıq böyümürlər.

– Siz əzələyə yükü etap etap qaldırmırsınız – yadınızda saxlayın, məşq zamanı eyni çəki və ya eyni təkrarlarla işləməyin, daim çəki və ya təkrarı qaldırmağa çalışın. Əks halda əzələ artımı üçün bir səbəb olmayacaq.

– Siz yetərli zülal qəbul etmirsiniz – əgər əzələ artımını istəyirsiniz isə çoxlu zülal qəbul etməlisiniz. Zülal əzələ üçün tikinti materialı rolunu oynayır. Çəkinizin hər 1 kq-a gündəlik 1 qr zülal tövsiyyə olunur. Əgər rasionunuzda yetərli zülal yoxdursa, protein kokteylərinə üz tutun.

Kalori

Kalori bir qidada aşkarlanan enerji miqdarını ifadə edir. Bədənimizdəki bütün funksiyalar, əzələlərimiz, beynimiz, daxili orqanlarımız enerjilə çalışır. Yəni əzələ toxuması yaratmaq üçün bədənin enerjiyə ehtiyacı olar. Buna görədə məqsəd əzələni inkişaf etdirməkdirsə lazımı qədər kalori qəbul etmək şərtdir.

Hərkəsin günlük kalori ehtiyaci yaşına, cinsinə, çəkisinə və bədən quruluşuna görə dəyişir. Bəzi insanlar çox az kalori qebul etməklərinə baxmayaraq çəkiləri artar, bəzi insanların (ektomorf tip) metabolizmaları sürətli olduğu üçün cox kaloriyə ehtiyacları olar.


Protein

Proteinlər bədənimizin quruluşu üçün vacib olan elemenlərdi. Proteinin əsasını amin turşuları təşkil edir. Proteinli qida həzm prosesində amin turşularına çevrilir.

Əzələ toxuması, hormonlarımız və daha cox şey amin turşularından yaranır. Əzələnin inkişafı və sağlam şəkildə yaşmaq üçün protein qəbulu vacibdir.


Karbonhidratlar

Karbon, hidrogen və oksigen atomlarından yaranan orqanik birləşmələrdi. Karbonhidrat insan və heyvan bədənində glikojen olaraq, bitkilərdə isə nişasta və seluloz olaraq bilinir.

Karbonhidratlar bədənin enerji mənbəyidir. Fiziki aktivliklərdə hüceyrələrimiz enerji olaraq karbonhidratlardan istifadə edir.

Karbonhidratlar sayəsində ehtiyacınız olan kalori miqdarını daha rahat ödəyə bilərsiniz.

Əgər ektomorfik tipdənsinizsə yəni çəki almaqda çətinlik çəkirsinizsə karbonhidratların qəbulunu limitləməyə gərək yoxdur, amma çox rahatlıqla yağlanırsınızsa karbonhidratların qəbuluna diqqət etmək lazımdır.


Yağlar

Yağlar bədən üçün enerji mənbəyi olmaqla yanaşı daha çox həyati funksiya daşıyır. Özəlliklədə balıqda olan Omega-3 yağ turşularının bədənə saysız faydası var. Belə desək yağ yemədən yaşaya bilmərik.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri