Nottingem Universitetinin tələbəsi olan 21 yaşlı Dinara Rəhimbəyova gözəlliyi ilə dünyanı fəth edib.

Sosial şəbəkələr sayəsində məşhurlaşan Dinaranı hər kəs "Qazaxıstanlı Barbie" ləqəbli ilə tanıyır.

Nottingem Universitetində maliyyə üzrə təhsil alan qazaxıstanlı qız yarı çılpaq fotoları üzündən tənqid oxlarının hədəfi olub. Qızı xüsusilə qazaxıstanlı xanımlar tənqid edib. Onlar Dinaranın seksual pozalar verməsini müsəlman xanımına yaraşmadığını yazıb.

Bundan başqa "Barbie" kimi tanınan Valeria Lukyanova Dinaranın incə görünmək üçün dəfələrlə cərrahiyyə əməliyyatı keçirməkdə və kosmetik məhsullarına çox pul xərcləməkdə ittiham edib.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri