İlk milyonçu azərbaycanlı olub.
Bəli. Səhf eşidmədiniz. SSRİ-də ilk rəsmi milyonçu milliyyətcə azərbaycanlı Cənnət Əliyev olub.

Cənnət Əliyev 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində doğulub. O, Naxçıvan Pedoqoji İnstitutu, Xalq Təsərrüfatı İnstitutu və Sverdlovsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982-ci ildən isə Cənnət Əliyev Ural, Moskva və Sverdlovsk ərazilərinsə DİN sıralarında xidmət edib.

Yenidənqurma illərində o, uğurla sahibkarlıq fəaliyyəti ilə məşğul olub və qısa müddətdə SSRİ-nin ilk rəsmi milyonçusu elan olunub.

1994-cü ildən milyonçu Kalmıkiya Respublikası prezidenti Kirsan İlümjanovun Yaxın Şərqdə nümayəndəsi olub. Bu müddət ərzində o, İraqın lideri Səddam Hüseyn, Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bundan əlavə, Əliyev 1997-ci ildən Əli ibn Əbu Talibə məxsus olan "Zülfüqar" qılıncının nüsxələrinin istehsalına başlayıb. O, hər görüşdə dövlət başçılarına bu qılıncdan hədiyyə edirmiş.

Qeyd edək ki, SSRİ-nin ilk rəsmi milyonçusu 2014-cü ilin noyabrında vəfat edib və Bakıda torpağa tapşırılıb.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri