Telefonun batareyası haqqında inandırıldığımız miflər
Batareyalarla əlaqədar səhv məlumatlar ağızdan-ağıza gəzməyə davam edir. Bəzən istehsalçıların dediklərinin yanlış şərh olunması, bəzən də köhnə texnologiyalardan qalma vərdişlər müasir batareyalaı haqqında səhv fikirlərin yaranmasına səbəb olur.Bu yazımızda mobil cihazlarda istifadə etdiyimiz batareyalar haqqındakı bu yanlış məlumatlardan bir neçəsini aydınlaşdırmaq qərarına gəldik.

1. Mif: Adapterə taxılı olarkən cihazınızı istifadə etməyin

Mif: Adapterə taxılı olarkən cihazınızı istifadə etməyin

Cihazınız enerji yığarkən onu istifadə etmənizə mane olacaq hər hansı bir səbəb yoxdur. Bu sadəcə enerji toplanmasının yavaşlada bilər.

2. Mif: Yalnız telefonla birlikdə istehsal olunmuş adapteri istifadə etmək olar

Mif: Yalnız telefonla birlikdə istehsal olunmuş adapteri istifadə etmək olar

Yəqin ki, bu əfsanəni telefon istehsalçıları daha çox pul qazanmaq məqsədilə ortaya atıblar. Telefon istehsalçıları heç də ucuz olmayan adapterləri bizə satmaq haqqında olduqca dərindən düşünürlər. Əslində isə eyni parametrlərdə olan hər hansı bir adapter telefonunuz üçün doğru vasitə sayıla bilər. Təbii ki, saxta, ucuz adapterlər bura daxil deyil. (məhz bu adapterlər təhlükəli ola bilər) – bazarda keyfiyyətli üçüncü partiya enerji qurğuları tapmaq mümkündür.

3. Mif: İstifadə etməzdən əvvəl Batareyanı tamamilə doldurun

Mif: İstifadə etməzdən əvvəl Batareyanı tamamilə doldurun

NiMH və NiCd batareyalarının qabiliyyətini qorumaq üçün onları tamamilə boşaldıb, 100%-ə qədər doldurmamız lazım idi. Bu çaşqınlğıa səbəb isə bəzi istehsalçıların batareyanı tamamilə boşaltmanızı məsləhət görməsindən qaynaqlanır. Əslində burdakı məqsəd batareyanın ömrünü uzatmaq deyil, qalan batareya miqdarını cihazın doğru anlamasını təmin etməkdir. Müasir cihazların çoxunda müasir Li-ion batareyaları var və bu batareyalar, tamamilə boşaldılmadıqlarında daha yaxşı işləyir. Bu batareyaları tamamilə boşaltmaq isə batareyaların ömründə və tutumunda əhəmiyyətli bir təsirə sahib deyil.

4. Mif: Mobil cihazı gecə şarjda saxlamayın

Mif: Mobil cihazı gecə şarjda saxlamayın

Bir müddət əvvəl doğru olan bu əfsanə, batareya və enerji texnologiyalarının inkişafıyla tamamilə əsassız hala gəlib. Köhnə batareyalar şarj olduğunu fərq edə bilmədiyi üçün davamlı enerji yığması batareya ömürünün geriləməsinə səbəb olurdu. Ancaq müasir enerji mexanizmləri telefonunuzun tamamilə şarj olmasının ardından batareyaya gedən elektrik axınını dayandırır. Bu səbəbdən yatarkən cihazınızı şarjda saxlamanızın mənfi təsiri yoxdur.

5. Mif: Task Killer tətbiqləri batareya ömrünü uzadır

Mif: Task Killer tətbiqləri batareya ömrünü uzadır

iOS və Android proqramların arxa planda edə bildiklərini onsuz da limitləyir. Buna görə də arxa planda nə qədər çox tətbiq açıqdırsa, cihazın o qədər yavaş olacağı inancı doğru deyil. Arxa plandakı tətbiqlərin batareyaya təsiri olduqca zəifdir. Bundan əlavə RAM-dan istifadə edilməsi, edilməməsindən yaxşıdır – bu, RAMınızı ön-yaddaş məqsədli istifadə edildiyini göstərir.

6. Mif: Cihazınızı bağlasanız, batareyası ziyan görə bilər

Mif: Cihazınızı bağlasanız, batareyası ziyan görə bilər

Bir sistem yenilənməsi yükləmirsinizsə, cihazınızı bağlaya bilərsiniz. Ancaq daxili komponentlərin ömrünün müəyyən olduğunu düşünərək istifadə etmədiyiniz vaxtlarda cihazınızı sönülü saxlayaraq istirahət etdirə bilərsiniz.

7. Mif: batareyanın ən sürətli bitirənlər, telefon danışıqları, internet istifadəsi və yükləmələrdir

Mif: batareyanın ən sürətli bitirənlər, telefon danışıqları, internet istifadəsi və yükləmələrdir

Əslində isə batareyanı ən sürətli tükədən şey oyunlar və digər yüksək qrafikli işlərdir. Videolar və online oyunlar ağıllı telefonun, tabletin (və hətta laptop’unuzun) batareyasını digər əməliyyatlara görə çox daha sürətli şəkildə bitməsinə səbəb olacaq.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri