Əgər Siz bir dəfə də olsun Azərbaycanda olmusunuzsa, onda, yəqin ki, xaşdan eşidib və ya yemisiz. Xaşı səhər tezdən yeyirlər və bütün Güney Qafqazda o yayılmişdir. Bu Qafqaz kişilərinin istəkli yeməyidir, çünki xaş keçən axşamın yemək-içməyindən sonra çox yerində olur.

Ərzaqlar

  • 2 ədəd mal ayağı,
  • 10 qr. sarımsaq,
  • 40 qr. üzüm sirkəsi

Hazırlanması

Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4 yerə bölmək. Bunları minalanmış qazanın içinə qoymaq, üstünə su tökmək. Kəfi yiğmaq, su qaynayanda, onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq. Su 15-20 sm ayaqları örtməlidir və balaca odun üstündə bişirmək. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq. Bəzi adamlar baş soğan atırlar ki, kəf yaxşı yığılsın və kök salırlar ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanı və kökü çıxarıb tullayırlar. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edilir. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümükdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır. Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər. Həkimlər xaşı sınıqda tövsiyə edirlər.

Süfrəyə verilməsi

Xaş bişirilən zaman duz vurulmur, o ayrıca süfrəyə verilir. Bəzən isə qarın ayrıca bişirilir.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri