Mercedes elektrikli avtomobil bazarına "partlayış" yaradacaq bir giriş etməyə hazırlaşır.

 Mercedes elektrikli avtomobil bazarına "partlayış" yaradacaq bir giriş etməyə hazırlaşır.

 Alman avtomobil nəhəngi Mercedes, başqa bir elektrikli vasitə istehsalçısı olan Tesla tərəfindən qibtə ilə baxılan bir avtomobil dizaynını tanıtdı. Mercedes Maybach adını verdiyi lüks avtomobil modellərini elektriklə işləyən bir modellə yenidən canlandırmağa hazırlaşır.

 Vision Mercedes-Maybach 6 adı verilən model bir konsepsiya avtomobil, yəni Mercedes firması avtomobili yeganə istehsal olunmuş və hələlik seriya istehsala keçirməyəcək, ancaq mediaya sızan məlumata görı, ən azından avtomobilin  oxşarının yaxın gələcəkdə istehsalı gözlənilir.

 5.5 metr uzunluğundakı avtomobil bir çox  elektrikli avtomobillərin əksinə olaraq, olduqca böyükdür. Ancaq bu böyüklüyü onun sürətli olmasına mane olmur. Vasitə 0-dan 100-ə 4 saniyədən qısa müddətdə sürətlənir,  ən yüksək sürət isə 250 km/saat. Mühərrikin at gücü isə 738-dir ki, bu da elektrikli avtomobillər arasında ən yüksək at gücünə malik avtomobil deməkdir.

Avtomobil  olduqca böyük olmasına baxmayaraq sürətlili doldurma texnologiyası sayəsində 5 dəqiqəlik elektrik  doldurmayla 100 km yol gedə bilir. Yeni avtomobil tək doldurmayla 320 km gedə bilər bundan başqa, onu həm kabelli, həm də kabelsiz indüksiyon doldurma mümkündür.

 Təbii ki, son illər inkişaf etdirilən sürücüsüz avtomobil texnikasına Vision Maybach 6 da sahibdir. Maşının içindəki tək bir düyməni basaraq avtomatik pilota keçmək və şəhərlər arası yollarda sürücüsüz avtomobili idarə etmək mümkündür.

 

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri