Hər səhər qalxıb hazırladığınız adi yeməklərdən bezdiniz? Tapdığınız səhər yeməyi resseptlərini hazırlamaq çox vaxt alır? Buda sizə hər səhər maksimum 10 dəqiqədə hazırlaya biləcəyiniz 7 ləzzətli yemək.

1. Çörək Pitsa

1. Çörək Pitsa

Səhər yuxulu gözlərlə pitsa hazırlamaq haradasa qeyri-mümkündür. İşə vaxtında çatmağa çalışarkən hazır xəmir də gözümüzü qorxutmağa kifayət edir. Ən yaxşısı siz bir az asan yol seçin. Çörək dilimlərinin üstünə tomat və yağ sürtün. Ən üstə də hollant pendiri və sosiska da qoysanız bəs edir. Sobada 200 dərəcədə 8 dəqiqə kifayətdi!

Nuş olsun

2. Göbələkli Yumurta

2. Göbələkli Yumurta

Bəli, bu resepti səhər yeməyində yemək kimsənin ağlına gəlməz. Ancaq bir dəfə yesəniz hər zaman istəyəcəksiniz. Tez bişirilməsi üçün göbələkləri xırda doğrayın. Göbələkləri kərə yağında suyunu buraxıb, təkrar çəkənə qədər qovurun. Üstünə də 2 dənə yumurta qırdıq, proses tamam!

3. Lavaş Piroqu

3. Lavaş Piroqu

"Piroq" sözü gözünüzü qorxutmasın. Yumurta qırmaq qədər asan olan bu resept, gerçək bir piroq qədər ləzzətlidi. Hazır lavaşın arasına yağ, holland pendiri və kolbasa qoyun. Lavaşı ikiyə qatlayıb sobaya qoyun. 200 dərəcədə 10 dəqiqə bişirin. Bu qədər!

4. İsti Souslu Çörək Dilimləri

4. İsti Souslu Çörək Dilimləri

Soyuducunu açdınız və tək gördüyünüz tomat və çörəkdi. Bu yaxşı xəbərdi! Çünki tomat təkcə bir sos sayılır. Tomatı yağ və çox az su ilə tavada qovurun. İstəyə görə kəklikotu, pul bibər və duz əlavə edin. Sosumuz hazırdı. Onda gəlsin qızarmış çörəklərimiz.

5. Avokadolu Çörək

5. Avokadolu  Çörək

Avokadolu  çörək deyəndə qulağa bir az qəribə gələ bilər. Ancaq bu cütlük, əla bir səhər yemək üçün bəsdir. Avakadonu iki dilim arasına sürtün. İstəyə bağlı olaraq yumurta və holland pendiri əlavə edin. Əmin olun ki, se-və-cək-si-niz!

6. Ton Balıqlı Sendviç

6. Ton Balıqlı Sendviç

Ton balıqlı sendviçə də göbələk kimi adətən axşam yeməyi olaraq üstünlük verilir. Ancaq yağsız olduqdan sonra, ton balığı yemək üçün olduqca yüngül bir seçimdi.

7. Nutella - Qoz Cütlüyü

7. Nutella - Qoz Cütlüyü

Nutella ilə qozun inanılmaz birləşməsi. Bu resepti uşaqlarınız üçün də hazırlaya bilərsiniz.

Nuş Olsun :)

Nuş Olsun :)

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri