Seks səhnələrinə həyat verən məşhur adların o anlarda nələr hiss etdiklərini heç düşündünüz?
Qarşınızda filmlərdəki seks səhnələrinə həyat vermiş məşhurlar və onların hiss etdikləri!

1. Lena Dunham

1. Lena Dunham

"Orada uzanırdım. Çılpaq bədənim bir növ mühasirəyə alınmış kimiydi. Və o an düşünürdüm. Bu yataqdan çıxmaq istəyirəm. Bu səhnədən çıxmaq istəyirəm. Bu həyatdan çıxmaq istəyirəm. Mənə bunu kim edib? Və o an hiss etdim. Mən özümün müdiriyəm. Bunu mən yazmışam. Mən idarə edirəm. Özümü bir seks köləsi kimi burada saxlanan şəxs yenə mənəm"! (Girls)

2. Keira Knightley

2. Keira Knightley

"O məlum səhnədən əvvəl təbii ki bir az vodka içdim. Çəkilişdən sonra isə bunu bir daha etmək məcburiyyətində olmayacağamı qeyd etmək üçün bir neçə stəkan da şampan içdim". (Təhlükəli Metod/A Dangerous Method)

3. Dakota Johnson

3. Dakota Johnson

"Seks səhnəsi çəkmək şəhvətli, ya da məmnuniyyət verici bir an deyil. Mühit həqiqətən çox isti olur, cinsi mənada bir istilik deyil, çox tərli və narahat hiss edirsiniz. Bundan əlavə, (Bozun 50 çaları filmində) əllərim, ayaqlarım və gözlərim bağlıydı və o qəribə alətlə mənə vurulurdu. Duyğusal olaraq çox çətin idi".

4. Ryan Gosling

4. Ryan Gosling

"Seks səhnəsi çəkilərkən necə seks etməməyə çalışdığımızı soruşursan? Bu həqiqətən çox çətindi. Aktyorlar tərəfdaşının işığını təqib etmək, onun replikalasını kəsməmək kimi məsələlərdə zaman keçdikcə çox peşəkar olurlar. Bütün bunlar olduqca bədii şeylərdi. Bu səbəblərə görə romantik bir yaxınlıq hiss etsən də, dərhal bu hissi atmalısan. Real həyatda seks qarışıqdır. Biz də bu səhnələri çəkərkən mükəmməl bir qarışıqlıq yaratmağa çalışırıq"! (Məhəbbət və Küllər/Blue Valentine)

5. Vanessa Hudgens

5. Vanessa Hudgens

"Bu mənim üçün olduqca əsəb verici bir vəziyyətdi. Bir daha əsla belə bir şey etmək istəmədiyimi film çəkilişi bitdikdən sonra agentliyə dedim". (Bahar Tətili/spring Breakers)

6. Blake Lively

6. Blake Lively

"Seks səhnəsi həqiqətən çox qəribədi. Bu mənim çəkilişdəki ilk günüm idi. Güman edirəm ki, bu da aradakı buzları əritmək üçün yaxşı oldu". (Oğrular Şəhəri/The Town)

7. Cameron Diaz

7. Cameron Diaz

"Rolumun bir hissəsidi və etdim. Siz də hər şeyi gördünüz"! (Sex Tape)

8. Emmy Rossum

8. Emmy Rossum

"Biz serialdakı o səhnələrin real olmasını istəyirik, amma həqiqət olmasını istəmirik. Mən də bu tərz səhnələrdə "Vajina Bezi" dediyim bir şey geyinirəm. Bu bədəninizə yapışan bir növ yarpaq bezdi". (Shameless)

9. Leonardo DiCaprio

9. Leonardo DiCaprio

"Belə bir xarakteri alanda, o obrazın təbiəti nəyi tələb edirsə, onu tam canlandırmaq və tamaşaçıya əks etdirmək istəyirsən. Bunu etmək məcuriyətindəyəm. Özümü düşünməməliyəm. Mən də düşünməmişəm. Çünki o mən deyiləm, o başqa bir insandı". (Pul Ovçusu/wolf of Wall Street)

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri