Haqqımızda

Mir.az 2015-ci ildə Azərbaycanda fəaliyyə başlayıb. Saytın mərkəzi ofisi Sumqayıt şəhərində yerləşir. Daha çox sosial məzmunlu xəbərlərlə böyük oxucu kütləsinə sahib olan saytda çalışan əməkdaşlar daima  istifadəçilər üçün əhəmiyyət kəsb edən məsələləri gündəmdə saxlayır.  Sosial şəbəkələrdəki hesablarında daima izlənilən və inkişaf dinamikası ilə bir çox saytı  reytinq cədvəlində geridə qoyan sayt  gün keçdikcə də irəli doğru mühüm addımlar atır. 


Mir.az saytı fəaliyyətə başladığı ilk gündən virtual aləmdə yeniliklər etməyə çalışır və Azərbaycanda ilk sayıla biləcək fərqliliklərlə diqqət mərkəzində olub.  Oxucu kütləsinin böyük əksəriyyətini məhz sosial şəbəkələrdəki aktiv səhifə və   qruplarda  əldə edən Mir.az saytı dizaynına və keyfiyyətinə görə də, Azərbaycanda ən ön cərgədədir. 
Mehriban və işgüzar kollektivi ilə daima yeniliklər etməkdə olan sayt, gələcəkdə də istifadəçilərinə  dəqiq və qərəzsiz xəbərlər çatdırmaqda davam edəcək.


Saytda qeydiyyatda keçmək istəyən oxucular üçün ən sadə formalı  qeydiyyat bölməsi yaradılıb. Saytda qeydiyyatda keçən hər bir istifadəçi təkcə xəbərləri oxumaqla kifayətlənməyib, həmçinin əyləncəli, elmi və məntiqi testlərdən də keçə bilər. Bundan başqa oxucular saytda xəbər yerləşdirməklə yanaşı,  digər istifadəçilər üçün maraqlı ola biləcək şəxsi  köşə yazılarını da   yerləşdirə bilərlər. Test bölməsini Azərbaycanda ilk dəfə aktivləşdirən Mir.az saytının gələcəkdə də oxucularla daima əlaqədə olması üçün yeniliklər etməsi gözləniləndir. 
Yazılanlardan əlavə Mir.az saytı sosial şəbəkə olaraq da fəaliyyət göstərə biləcək dizayna sahibdir. Sayt istifadəçilərinin şəxsi məlumatlarının yüksək səviyyədə qorunduğu bir mühitdə fikir mübadiləsi aparmaq da oxucular tərəfindən yüksək qiymətləndirilir. 

Saytda yerləşdirilən  istənilən məzmunlu materialların üçüncü şəxslər tərəfindən götürülməsi Azərbaycan Respublikası  KİV haqqında qanunla uyğun olaraq həyata keçirilməli, saytda olan materialları götürərkən məhz Mir.az-a istinad edilməlidir.