Məntiqinizin gücünü bilmək istəyirsinizsə mir.az-ın sizlərə təqdim etdiyi məntiq testlərində iştirak edin.

Həyətdə 7 quş - xoruz və toyuqlar gəzirdi. Hər bir toyuğun 2 cücəsi var. Həyətdə neçə toyuq vardı?

Balıqçı 15 kq balıq ovladı və onları bir birindən fərqlənən 5 hissəyə ayırdı. Bunu necə etdi?

Bir qutuda 40 ədəd qələm, digər qutuda isə onun yarısı qədər az qələm var.Bütün qələmlərin yarısının yarısı nə qədərdir?

Səbətdə bir neçə alma var. Onların sayı 10-dan azdır. Almaları iki və ya üç uşağa bərabər sayda vermək mümkündürsə, onların sayını tapın.

Bir qarpızın və onunla eyni olan digər qarpızın yarısının birlikdə çəkisi 9 kq-dır. Qarpızın çəkisi nə qədərdir?

Boşqabda 6 dilim çörək var. İki dilim çörəyi iki bərabər yerə böldülər. Boşqabda neçə dilim çörək oldu?

Bu gün qardaş bacısından 4 il böyükdür. 5 ildən sonra o, bacısından neçə yaş böyük olar?

Tarazlıqda olan gözlü tərəzinin bir gözündə 100 qramlıq çəki daşı və iki eyni parça sabun, o biri gözündə isə 700 qrama bərabər çəki daşları var. Bir parça sabunun neçə qram olduğunu tapmağa calışın.

6 kartof 30 dəqiqəyə bişir. Sizcə bir kartof necə dəqiqəyə bişər?

Oglanın 2 müxtəlif rəngli şalvarı və 3 fərqli formalı köynəyi var. Köynək və şalvarlardan neçə cür geyim dəsti düzəltmək olar?

Məntiqinizin gücünü yoxlayın - TESTLƏR

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri