Sabah (1 Avqust 2017) Üçün Olan Bürclər - Ulduz Falı
Mir.az gündəlik bürclər 1 Avqust 2017-ci il üçün olan bürcləri təqdim edi.

Bürcünüzü seçin

Sabah (1 Avqust 2017) Üçün Olan Bürclər - Ulduz Falı

  1. Nəticə: QOÇ

    Fəaliyyət zəminində xırda irəliləyişlərdən başqa hansısa mütərəqqi uğurlara yiyələnməyəcəksiniz. Qohumluq-qonşuluq münasibətlərində humanistlik göstərin. Savab qazanmağa çalışın.

  2. Nəticə: BUĞA

    Yeni ayın bu ilk günü əsasən fərdi yaradıcılığınız üçün uğurlu olacaq. Həmkarlarınızla aranızda mövcud olan gərginlik qismən səngiyəcək. Səhhətinizin də qayğısına qalın. 

  3. Nəticə: ƏKİZLƏR

    Təxminən saat 12-yə qədər ümumi əhvalınızda gərginlik müşahidə ediləcək. Sonrakı saatlarda isə daxili sabitliyiniz bərpa olunacaq. Əsas vaxtınızı istirahətə həsr edin. 

  4. Nəticə: XƏRÇƏNG

    Göstərdiyimiz zaman kəsiyində yeni işlərə başlamaq və sizə aid olmayan münasibət məsələlərinə müdaxilə etmək xoşagəlməz sonluqla nəticələnə bilər. Qazanmaq ehtimalınız böyükdür.

  5. Nəticə: ŞİR

    Bürcünüz üçün aktiv olan bu təqvimdə hansısa ciddi problemlə rastlaşma ehtimalınız yoxdur. Əksinə, uğurlu nəticələrdən xəbər verən çoxsaylı görüş və sövdələşmələrdə iştirakınız baş verəcək. 

  6. Nəticə: QIZ

    Yaramaz adamlardan uzaq olun. Çünki sizə qarşı pislik etmək istəyənlər çoxdur. Hər hansı mübahisə və prinsipiallıq isə sizin üçün deyil. Boş məsrəflərə çox pul xərcləməyin. 

  7. Nəticə: TƏRƏZİ

    Avqustun bu ilk təqvimi sizin üçün kifayət qədər uğurlu olacaq. Xırda maliyyə problemlərini nəzərə almasaq, digər sahələrdə cərəyan edən situasiyalar zövqünüzlə uyğunlaşacaq.

  8. Nəticə: ƏQRƏB

    Gün ərzində bütün işlərdə bacardığınız qədər məsuliyyətli olmalısınız. Əks təqdirdə nəzərdə tutduğunuz planları reallaşdırmaqda problemləriniz olacaq. Səfərə hazırlaşmağa dəyər.

  9. Nəticə: OXATAN

    Qarşıdakı on gün üçün üzərinizə düşən vəzifələri indidən planlaşdırın. İştirakçısı olduğunuz hər bir sövdələşmədə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq sizə başucalığı gətirən deyil.

  10. Nəticə: OĞLAQ

    Sağlamlığınızı qorusanız, başqa probleminiz olmayacaq. Sıxıntı çəkməkdənsə dəniz sahilində, kənd yerində dincəlin. Amma lazımsız yerlərə pul xərcləmək fikrinə düşməyin. 

  11. Nəticə: SUTÖKƏN

    Günün birinci yarısını nəzərə almasaq, qalan saatlar bürcünüz üçün düşərli olacaq. Yeni simalarla rastlaşmağınız, işgüzar proseslərdə dəstək almağınız gərginliyinizi azaldacaq.

  12. Nəticə: BALIQLAR

    Qarşınızda olduqca məsuliyyətli bir dövr durur. Biznes sahəsində və münasibətlərdə proseslər ürəyinizcə olacaq. Amma xətakar və yalançı adamların şirin dilinə aldanmayın.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri