Sabah (31 İyul 2017) Üçün Olan Bürclər - Ulduz Falı
Mir.az gündəlik bürclər 31 İyul 2017-ci il üçün olan bürcləri təqdim edi.

Bürcünüzü seçin

Sabah (31 İyul 2017) Üçün Olan Bürclər - Ulduz Falı

  1. Nəticə: QOÇ

    Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.

  2. Nəticə: BUĞA

    Adi bir tarix yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, adi istirahətlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.

  3. Nəticə: ƏKİZLƏR

    Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.

  4. Nəticə: XƏRÇƏNG

    Maliyyə problemlərinin bolluğuna baxmayaraq, ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşmağa hazır olun.

  5. Nəticə: ŞİR

    Təəssüf ki, bir qədər gərgin gün yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi və daxili orqanlarınızı qoruyun ki, hədəfə çatmağa gücünüz yetsin.

  6. Nəticə: QIZ

    Uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq. Amma Ayın bürcünüzdə olmasını da unutmayın.

  7. Nəticə: TƏRƏZİ

    Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.

  8. Nəticə: ƏQRƏB

    Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.

  9. Nəticə: OXATAN

    Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik də göstərməyin.

  10. Nəticə: OĞLAQ

    Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-18 arası sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Riskə dəyər.

  11. Nəticə: SUTÖKƏN

    O qədər də uğurlu vaxt deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmur" axı.

  12. Nəticə: BALIQLAR

    Mistikaya qətiyyən varmayın. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlara baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işinə müdaxilələr məsləhət deyil.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri