Sabah (4 Avqust 2017) Üçün Olan Bürclər - Ulduz Falı
Mir.az gündəlik bürclər 4 Avqust 2017-ci il üçün olan bürcləri təqdim edi.

Bürcünüzü seçin

Sabah (4 Avqust 2017) Üçün Olan Bürclər - Ulduz Falı

  1. Nəticə: Qoç

    Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin.

  2. Nəticə: Buğa

    Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.

  3. Nəticə: Əkizlər

    Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayır. Valideyn Əkizlər uşaqları ilə ümumi dil tapa biləcəklər.

  4. Nəticə: Xərçəng

    Bu gün öz qayğınıza özünüz qalın, “yuxarılar” məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.

  5. Nəticə: Şir

    Yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatəolunmusunuz.

  6. Nəticə: Qız

    Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundadır. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi kömək alacaqsınız.

  7. Nəticə: Tərəzi

    Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq. Enerciniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir.

  8. Nəticə: Əqrəb

    Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nəqədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız.

  9. Nəticə: Oxatan

    Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nəisə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir.

  10. Nəticə: Oğlaq

    Bün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Oğlaqlar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.

  11. Nəticə: Dolça

    Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz dolçalar. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər.

  12. Nəticə: Balıqlar

    Enercinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enercinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Balıqlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri