2 idmançımız qızıl medal qazandı
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.

Yarışda iştirak edən Azərbaycan yığmasının üzvü 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib və qızıl medal qazanıb.

Komandaya ikinci qızıl medalı Rafiq Hüseynov (75 kq) qazandırıb. O, Rusiya təmsilçisi Çingiz Labazanovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri