Çox qənd yeməyin, şəkər insanın ömrünü 20 faiz qısaldır
Qənd yemək. Uşaq vaxtları bəzilərinin isə hələdə əl çəkmədiyi şirin bir vərdişdir? Bəs bu vərdişin sizə nə qədər zərər olduğunu düşündünüzmü?

Tədqiqatçılar müəyyən edib ki, orqanizmdə şəkərin yüksək səviyyəsi bir çox xəstəliklərin inkişafına şərait yaradır və insanın ömrünü qısaldır.

Tədqiqatçılar tərəfindən həyata keçirilən kompleks təcrübələr şəkərin insan ömrünə mənfi təsirini sübut edib. Şəkərli qidalar həm kişilərin, həm də qadınların səhhətinə ziyan vurur.

Tədqiqatlarda sübut olunub ki, orqanizmdə şəkərin yüksək səviyyəsi çoxsaylı mürəkkəb xəstəliklərin inkişafına gətirib çıxarır və insan ömrünü 20 faiz qısaldır. Təcrübələr qurdlar üzərində aparılıb, alimlər süni uzunömürlülük yaradan mutasiyalar edib, sonra qurdları şəkərlə qidalandırmağa başlayıb. Nəticədə, qurdların ömrü 20 faiz azalıb. Bundan əlavə, böyük miqdarda qlükoza qurdlardakı uzunömürlülük meylini yatırıb.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri