Braziliya Senatı prezidentlə vidalaşacaq?
Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 20-də baxacaq.

Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 20-də baxacaq.

Bu barədə Braziliya parlamentin yuxarı palatasının sədri Renan Kaleyros bildirib.
 
Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.
 
Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri "Petrobras" Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.
 
Xatırladaq ki, avqustun 5-dən 21-dək Braziliyada XXXI yay Olimpiadası keçiriləcək. Bu, Cənubi Amerikada təşkil olunan ilk Olimpiya oyunlarıdır.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri