14 Nəfərin Ölümünə Səbəb Olan Fil Güllələndi
Xəbər verdiyimiz kimi, Hindistanın Carxand və Bihar ştatlarında 1 fil 14 nəfərin ölümünə səbəb olub.

Ötən həftə 25 yaşlı gəncin də fil tərəfindən öldürülməsindən sonra şəhərə Heydərabaddan 5 nəfər fil təlimçisinin gətiriləcəyi və həmin fili əhliləşdirəcəklərini bildirmişdilər.

Əgər fili sakitləşdirmək mümkün olmasa güllələmək üçün müvafiq idarələrdən icazə istəniləcəyi açıqlanmışdı.

Bütün cəhdlərə baxmayaraq fili sakitləşdirmək mümkün olmayıb və nəticədə güllələnərək zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistanda qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri