6 GB RAM-la təchiz edilmiş HTC U11 ABŞ-da satışa çıxır
“HTC”, Amerika bazarına daha güclü bir U11 modeli ilə girəcək. Sabah ABŞ-da sifarişləri alınmağa başlayacaq olan HTC U11, 6 GB RAM və 128 GB yaddaş sahəsinə sahib olacaq.

“HTC”nin, yeni flaqmanı U11 modeli diqqətləri üzərinə çəkməyi bacardı. Satış qrafiki ilə şirkəti məmnun edən U11, Edge Sense xüsusiyyəti ilə ön plana çıxır. HTC-nin 64 GB olaraq bazara təqdim etdiyi U11-in 128 GB daxili yaddaş və 6GB RAM-a sahib versiyası sabah etibarı ilə Amerikada satışa çıxacaq.

Bir çox şirkətin ABŞ bazarı üçün smartfonlarda 4GB-dan çox RAM təqdim etməkdən çəkindikləri bir dövrdə HTC çox cəsur davranaraq ABŞ üçün HTC U11-in 6 GB RAM-a sahib versiyasını satışa təqdim edir. 128 GB yaddaş sahəsi ilə gələcək olan bu model üçün və mavi, gümüş, qara və qırmızı rəng variantları təqdim ediləcək.

HTC U11, 128 GB versiyası 64 GB-lıq versiyadan 80 dollar daha çox, yəni 729 dollara satılacaq. HTC, 25 iyuldan 7 avqusta qədər U11 128 GB-lıq məhsul ardıcıllığının yanında istehlakçıların aşağı qiymətə iki köhnə smatfon da satın almalarını təmin edəcək. HTC U Ultra, 499 dollar (normal qiymətin 250 dollar altında), HTC 10 isə 399 dollar(normal qiymətin 100 dollar altında) qiymətlərlə satılacaq.

Satışda olduğu ölkələrdə HTC-nin məmnun edəcək bir qrafikə çatan HTC U11-in yeni versiyası baxaq Amerikalı istifadəçilərdən necə bir maraq görəcək.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri