Avstraliyada bir təhlükəsizlik kamerasına düşən görüntülər izləyənləri dəhşətə saldı. Görüntülərdə bir qadın səbəbsiz yerə baltayla iki nəfəri yaraladığı görülür.

Avstraliyadakı bir super marketin təhlükəsizlik kamerası görüntülərində üzərində, qısa şortu  bir qadının əlində balta ilə bir super marketə daxil olduğu görünür. Gecə saat 2 radələrində baş verən hadisə öncəsi heç kəs qadından şübhələnmir.

Əvvəl təhlükəsizlik kamerası görüntüsündən itən qadının bir neçə dəqiqə sonra marketin kassasının qarşısında hesab ödəmək üçün gözləyən müştərilərə doğru yeriyib bir qadınla danışdığı görünür. 24 yaşında olduğu bildirilən Evie Amati adlı qadın, əlində balta ilə növbədə gözləyən bir kişi müştəriyə vurur. Daha sonra tam marketdən çıxmaqda olan bir qadına kürəyindən balta ilə vurur, yerə düşən qadına yerdə vurmağa davam edir.

Qadın hücumdan sonra soyuqqanlı bir şəkildə hadisə yerindən uzaqlaşır.

Hücuma məruz qalanlar xəstəxanaya aparıldıqdan sonra, birinin yaxşı olduğu bildirilib. Digərinin isə vəziyyəti haqqında isə dəqiq məlumat yoxdur.

Gecə yarısı saat iki radələrində baş verən hadisədən sonra polis və tibb briqadaları hadisə yerinə çağırılıb. Polis itləri təcavüzkar qadını bir parkda yanında baltası ilə halda tapdı. Qadın həbs edildi.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri