Azərbaycanın ən yaraşıqlı kişisi SİRLƏRİNİ AÇDI: "Hər ölkənin qızları..." - FOTO
Dünyanın 100-dən çox ölkəsini gəzən model Rüstəm Cəbrayılov səyahətlərindən danışıb.

Dünyanın 100-dən çox ölkəsini gəzən model Rüstəm Cəbrayılov səyahətlərindən danışıb.

"Azərbaycanın ən yaraşıqlı kişisi" kimi şöhrət qazanan model bütün qazancını səyahətlərə xərclədəyini etiraf edib. Səyahət emtəyi sevdiyini deyən model Meksika sahillərində ölümlə üz-üzə gəldiyini də xatırlayıb.

- Səyahət sizin üçün nə ifadə edir?

- Səyahət həyatımın əsas hissəsidir. Eynilyi, bir yerdə dayanmağı sevmirəm, yeni-yeni yerlərə getməkdən, müxtəlif millətlərin insanlarıyla tanış olmaqdan, onlarla çalışmaqdan, yeməklərini dadmaqdan böyük zövq alıram. Səyahət mənim üçün istirahət və özünü inkişaf etdirmək deməkdir.

- Hansı ölkələrdə olmusunuz?

- Hardasa 100-ə yaxın ölkədə olmuşam. Kanadadan Argentinaya, İspaniyadan İndoneziyaya, Rusiyadan Cənubi Afrika ölklərinə qədər bir çox dövlətləri gəzmişəm. Səyahətlərim hələ də davam edir, qarşıda məni 4 səfər gözləyir. Hazırda Kubadayam, oradan da Panamaya gecəcəyəm.

- İlk səyatənizi necə xatırlayırsınız?

- Ukraynada doğulmuşam, 4 yaşıma qədər ailəmlə orada yaşamışıq. İlk səfərim də Azərbaycana olub. Qatarla gəlirdik, mən də bütün uşaqlar kimi pəncərədən maraqla keçib getdiyimiz yollara baxırdım.

- Səyahətlər sizə nə öyrədir?

- O qədər çox səhayət etmişəm ki, o qədər ölkələr gəzmişəm ki, artıq dünya gözümdə balacalaşıb. Təyyarə dəyişmə ilə birlikdə 36 saatlıq uçuşlarım da olub. Amma dünyanın bu başından, o başına uçmaq üçün 36 saat nədir ki? Gün yarıma gedib çıxmaq olur.

Çox oxuyan, yoxsa ki, çox gəzən çox bilər?

- Səfərlər kitablarda yazılanları praktiki şəkildə görməyi və daha çox dərk etməyi, xalqların adət-ənənələrini, onların yaşayış tərzini, mentalitetini, psixologiyasını və onları bir-biri ilə müqayisə etməyi öyrədir.

- Tək, sevdiyiniz qadınla, yoxsa komanda ilə səyahətə çıxmağı xoşlayırsınız?

- Tək və ailəmlə.

- Hansı ölkənin mətbəxi sizin üçün əvəzolunmazdır?

- İndoneziyanın mətbəxini çox sevirəm. Bu ölkənin yeməkləri həqiqətən də ləzzətlidir.

- Səyahətlərdə baş verən ən maraqlı, təsirli və ya gülməli hadisəni danışa bilərsiniz?

- Bütün səyahətlərim maraqlı keçir. Amma Meksika sahillərində akula ilə qarşılaşmağımı və bir də paraşütlə tullanmağımı heç vaxt unutmaram.

Bir dəfə Meksikanın Sakit okean sahillərindən balıq gəmisiylə 100-150 km aralı balıq tutmaq üçün səfərə çıxmışdıq. Hava çox isti idi, sərinləmək üçün suya bir-iki kəllə vurmaq istədim. Elə bu vaxt nəzarətçi qışqırmağa başladı, yaxşı ki, akulalar məndən bir az aralı idilər. Ən ürküdücü məqam isə ayağımın altına baxanda birinin də təxminən 2 metr aşağıda olması idi. Canımı güclə qurtardım. Bərk qorxmuşdum, amma səyahətlərin dadı-duzu elə belə hadisələrdir.

- Səyahət etmək istəyən insanlara nə məsləhət görərdiniz?

- Bacardıqları qədər səyahət etsinlər. Sizə qalan o səyahətlər olacaq.

- Başqa ölkəyə köçüb orada yaşamağı planlaşdırırsınız?

- Birdəfəlik köçmək barədə hələ ki planım yoxdur. Onsuz da 13 ildir mextəlif ölkələrdə yaşamışam, 5 il Nyu-Yorkda yaşamışam.

- Sizin üçün dünyanın ən huzurlu yeri haradır?

- Mənim üçün dünyanın ən huzurlu ölkələri Şərq adalarında yerləşən ölkələr, İndoneziya, Yeni Zelandiya, Filippin və İsveçrədir.

- İmkanınız olsaydı, gələcəyə, yoxsa keçmişə səyahət edərdiniz?

- Nə gələcəyə, nə də keçmişə, elə olduğum zamanda qalardım.

- Hansı ölkənin xanımları gözəlliyi ilə qəlbinizdə dərin izlər buraxıb?

- Hər ölkənin xanımları özünəməxsus və gözəldir, hamısı da bir-birindən fərqlidir. Gözəllik vurğunuyam... Hər ölkədə çoxlu dostlarım var, səyahətlər mənə həm də gözəl insanlar qazandırır. Bu baxımdan özümü şanslı sayıram.

- Kurort romanlarına münasibətiniz necədir? Heç yaşamısınız?

- Niyə də yox? Ola bilsin ki, mənim də başıma gəlib...

- Bəs Azərbaycan bölgələrinə necə, səyahət turuna çıxmağı düşünürsünüz?

- Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzmişəm. Səyahətlərə elə öz vətəmindən başlamışam.

- Bütün pullarınızı səyahətlərə xərcləyirsiniz?

- Bəli, qazancımın çoxu səyahətlərə gedir. İşlə bağlı olanda isə şirkətlər tərəfindən ödənilir.

- Sizi çoxu Azərbaycanın ən yaraşıqlı kişi modeli kimi tanıyır. Və təəccüblü deyil ki, xanım pərəstişkarlarınız çoxdur. Odur ki, müsahibəmizi şəxsi həyatınız bağlı suallarla tamamlamaq istərdim. Yenidən ailə qurmağı düşünürsünüzmü? Yoxsa tək yaşamağa üstünlük verirsiniz?

- İnşallah yaxınlarda ailə qurmağı düşünürəm, şəxsi həyatım haqqında danışmağı sevmədiyim üçün bundan artıq açıqlama verməcəyəm.

- Ümumiyyətlə, necə düşünürsünüz ailə qurmaq üçün dəlicəsinə aşiq olmalısan, ya özünü hazır hiss etməlisən?

- Məncə, ailə qurmaq üçün dəlicəsinə aşiq olmalısan.

- Sizcə, kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?

- Bu, qarşı tərəfdən asılıdır. Kişilər bu hissi onlara yaşada bilən xanimlara aşiq olur.


Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri