Bakıda Pulsuz “Wi-Fi” Artıq Bu Yeni Ərazilərdə
Artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də “Wi-Fi”a ödənişsiz giriş təmin olunacaq.

Bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, işlər “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri