Bakının Dəhşətli Hadisəsi - 3 Bacı Lənəti
1999-cu ildə Bakı şəhərində qorxulu hadisə baş verir. Söhbət "3 bacı lənəti" adı ilə dillər əzbəri olmuş hadisədən gedir. Hadisə belə olur. Bakıda bir ailədə 3 bacı və onların ata, anası yaşayır.

Günlərin bir günü qızlardan biri atasına deyir ki, "ata, hər gecə bizim yanımıza uzun barmaqları, kiçik başı və ağ seyrək saçları olan bir kişi gəlir və bizimlə söhbət edir. Bizə deyib ki, məni gördüyünüzü heç kimə deməyin. Desəniz, çox pis olacaq". Bu söhbəti eşidəndə böyük bacısı ağlayıb deyir ki, "nahaq dedin, bunun pis nəticəsi olacaq". Atası isə bu söhbətə inanmır.

Həmən günün səhəri hər üç qızı ölmüş tapırlar.

Bu xəbər prezidentə qədər gedib çıxır.

Araşdırmaya o vaxt Rusiyadan xüsusi qrup dəvət olunur. Ən maraqlısı isə bundan sonra başlayır. Bu işlə məşğul olan 2 müstəntiq, 4 ekstrasens, 4 professor müəmmalı şəraitdə öldürülür.

Bu hadisələrdən sonra iş açılmamış cinayət işi kimi qapadıldı və heç kim daha bu işlə məşğul olmadı.

Qızlar vağzalı sədaları altında dəfn edildilər.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri