Başını Qaldır və Göyə Bax: Perseid Meteorid Yağışı Başlayır!
Kainatın hər kəsə pulsuz təqdim etdiyi bu möhtəşəm bayrama gecikmək istəmirsinizsə ötən il olduğu kimi bu il də iki gecə yuxunuza haram qatmalısınız. Hava imkan versə 12 - 13 Avqust tarixlərində yüzlərlə meteoritinin sürüşməsini adi gözlə müşahidə etmək olacaq.

Dünyanın Swift-Tuttle Quyruqlu Ulduzunun arxasında buraxdığı qalıqların yaratdığı buluda girməsi, "illik" olaraq müşahidə etdiyimiz Perseid meteor yağışının da başlanğıcına işarə edir.

Perseid meteor yağışları ilk dəfə E.Ə. 36-ci ildə müşahidə olunub. İlk elmi adlandırması isə 1835-ci ildə Adolf Quetelet tərəfindən edildi.

Perseid meteor yağışları ilk dəfə E.Ə. 36-ci ildə müşahidə olunub. İlk elmi adlandırması isə 1835-ci ildə Adolf Quetelet tərəfindən edildi.

Meteor yağışına Perseus Bürcü bölgəsində rast gəlindiyi üçün Perseid adı verilib.

Sürətləri saatda 216 min kilometrə qədər çatacaq.

Sürətləri saatda 216 min kilometrə qədər çatacaq.

Dünyanın orbiti hər il Günəşin ətrafında fırlanma zamanı həmin kosmik toz buludu ilə kəsişir. Yer üzünün kütlə cazibə təsiri ilə burada olan göy cizimləri atmosferə girərək yanır. Perseid bu xüsusiyyəti ilə ən sürətli meteor yağışları arasında gəlir.

Bəs bu hadisəyə şahid olmaq üçün tam olaraq hansı saatlar münasibdir?

Bəs bu hadisəyə şahid olmaq üçün tam olaraq hansı saatlar münasibdir?

12 və 13 Avqust gecələrində saat 22:00-dan etibarən səmada Perseid meteorit yağışını görə bilərsiniz.

Şimali İrlandiyadakı Amagh Rəsədxanası, meteor yağışını izləmək istəyənlərə ötən il bəzi tövsiyələr vermişdi. Əlbəttə, eyni tövsiyələr bu il şahid olacağımız meteorit yağışında da işə yarayacaq

Şimali İrlandiyadakı Amagh Rəsədxanası, meteor yağışını izləmək istəyənlərə ötən il bəzi tövsiyələr vermişdi. Əlbəttə, eyni tövsiyələr bu il şahid olacağımız meteorit yağışında da işə yarayacaq

  • Mümkün olduğu qədər işıqlardan uzaq bir bölgəyə üstünlük verin.
  • Gözlərinizin göy üzündəki qaranlığa alışması üçün onlara möhlət verin.
  • Gözləriniz olduğunuz şəraitə alışana qədər və ilk meteoru görənə qədər 20-30 dəqiqə keçə bilər. Səbr edin.

Əgər bu maraqlı anı görsəniz və bir-iki də şəkil çəkə bilsəniz şəkillərinizi Mir.az facebook səhifəsinə göndərməyi dəyaddan çıxarmayın.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri