Bədən şişkinliyi səbəbi və müalicəsi
İllərdir ki, istifadə etdiyiniz üzük barmağınıza olmur, ayaqlarınız da şişdiyi üçün ayaqqabılarınız sıxmağa başlayıb? Bu cür şişlər orqanizmdə mayenin toplanması nəticəsində yaranır.

Duz

Gündəlik tövsiyə edilən duz norması 5 qram və ya 1 çay qaşığıdır. Əgər lazım olan miqdardan çox duz qəbul etsək, onda orqanizmdə maye toplnamağa başlaya bilər.

Nə etməli? Əlbəttə ki, duzdan istifadəni məhdudlaşdırmalıyıq. Əgər yemək şirin gəlirsə, ədviyyatlardan istifadə edin.

Allergiya

Əgər şişkinliklə qızartı və qaşınma müşayiət olunursa, onda bütün günah allergiyadadır.

Nə etməli? Əgər şiş sürətlə üz, boyun və digər orqanlara da yayılırsa, təcili tibbi yardım lazımdır. Antihistamin preparatlar kiçik şişkinliyin öhdəsindən gələ bilər.

Hormonal

Hormonal dəyişiklik orqanizmdə maye toplanmasının digər səbəbidir. Əgər şiş sizin qarnınızda müşahidə olunursa, ayaqlarınız da şişibsə, üstəlik qəfildən kökəlmisinizsə, onda çox güman ki, bunun səbəbi hormonal dəyişikliklərdir.

Nə etməli? Pəhriz saxlayın, zülallarla zəngin, həmçinin şirin, acı və duzlu qidaların sayını azaldın. Müalicə üçün endokrinoloq və ya ginekoloqa gedin.

Böyrək xəstəlikləri

Səhərlər üzdə görünən şişlər əsasən böyrəklərlə ilə bağlı problemlərdən xəbər verir. Bununla paralel olaraq bel ağrıyır və rəng sidik dəyişir.

Nə etməli? Pəhrizə riayət edin, arxası üstə yatın. Çünki üzüstə yatmaq ödəmlərin yaranmasına gətirib çıxara bilər. Nefroloqa gedin.

Ürək xəstəlikləri

Qarın və ayaqlarda şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.

Nə etməli? Bu şişləri müstəqil şəkildə müalicə etmək olmaz, kardioloqa müraciət edin.

Dərman preparatları

Ağrıkəsici, qızdırmasalıcı və s. bəzi növ dərmanların qəbulu nəticəsində şişlər meydana gəlir.

Nə etməli? Əgər dərman şişlər yaradırsa, həkimlə məsləhətləşin. Ola bilsin ki, onu belə kənar effektlər verməyən dərmanla əvəz etmək olar.

Həyat tərzi

Günün çox hissəsini ayaq üstə və ya oturaraq keçirməyə məcbur olan insanlarda da ayaq şişləri müşahidə olunur.

Nə etməli? Oturaq işdə çalışanlara mütəmadi fasilələr etmək tövsiyə olunur ki, ayaqlarda qan dövranı yaxşı işləsin. Və ayağı ayağın üstünə qoymaq vərdişini tərgidin. Əgər gün ərzində siz çox durursunuzsa, oturmaq imkanından istifadə edin, masaj edin, rahat ayaqqabılar və varikoz corablar geyinin.

Gündə ən azı 1,2 litr maye qəbul edin, qəhvə, spirtli içkilər və qazlı içkilərdən uzaq durun.

Məlumat üçün onu da bildirək ki, şişlər hətta sağlam insanlarda da isti hava şəraiti nəticəsində, narahat ayaqqabı, böyük miqdarda su qəbulu və duzlu yeməkdən sonra da ortaya çıxır

Ayaqlarda şişkinliyin səbəbləri

Ayaqlarda şişkinliyin səbəbləri

Artıq mayenin toxumalarda yığılması ödem (şişkinlik) adlandırılır. Ayaqlarda ödemlər tam sağlam insanlarda da inkişaf edə bilər.

Bunun səbəbi çox isti hava, narahat dar ayaqqabı və ya paltar, uzun müddət ərzində ayaq üstə olmaq, həddən artıq miqdarda maye qəbul etmək və s. ola bilər. Hamiləlik də ayaqlarda ödemlərin inkişafına səbəb ola bilər.

Bu halda ödemlərin aradan qaldırılması üçün ayaqları yuxarı qaldırıb bir qədər uzanmaq, kontrast ayaq vannaları (isti və soyuq suyun növbələşməsi) qəbul etmək (suya dəniz duzu əlavə etmək yaxşıdır), ayaq massajı etmək kifayətdir. Nəticədə ödem yox olacaq. Lakin əgər ödemlər sizi tez-tez narahat edirsə, keçmirsə, mütləq həkimə müraciət edin. Belə ödemlər orqanizmdə olan hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Bu xəstəliklər və pozulmalar arasında:

- Varikoz xəstəliyi. Bu xəstəlik zamanı ayaqlarda venoz qanın axması pozulur və nəticədə damarlarda və kapilyarlarda təzyiq artır, burada durğunluq yaranır. Bu isə yığılmış mayenin kapilyarlardan ətrafda olan toxumalara çıxmasına və ödemlərə səbəb olur. Ödemlər bu xəstəliyin ilk əlamətləri kimi meydana çıxır. Əvvəl ödemlər cüzi olur, lakin xəstəlik inkişaf etdikcə ödemlər daha gözə çarpan olur, ayaqlarda kapilyar toru görünməyə başlayır.

- Ürək çatışmazlığı. Bu pozulma zamanı ürək öz "nasos" funksiyasının öhdəsindən tam gələ bilmir və nəticədə qan dövranı yavaşıyır və maye toxumalarda yığılmağa başlayır (ilk növbədə ayaqlarda). Belə ödemlər asta-asta, gizli inkişaf edir.

Ürək çatışmazlığı ilə bağlı olan ödemlər pozulmanın digər simptomları ilə müşayiət olunur: təngnəfəslik, taxikardiya, dərinin solğun olması, dodaqların göyərməsi və s.

- Böyrək xəstəlikləri. Bu xəstəliklər zamanı ödemlər üzdə, ayaqlarda müşahidə olunur. Ödemlər sürətlə inkişaf edir - bir neçə gün ərzində. Xəstəni ümumi zəiflik, baş ağrısı, bel ağrısı, sidiyin rənginin dəyişilməsi (sidikdə qan izləri ola bilər) kimi simptomlar narahat edir.

Belə ödemlər angina və ya kəskin respirator infeksiyadan sonra inkişaf edə bilər. Bu infeksiyanın ağırlaşmasıdır.

- "Fil" xəstəliyi. Bu xəstəlik zamanı limfanın dövranı pozulur ki, bu da zülal və su mübadiləsinin pozulmasına və limfa durğunluğuna səbəb olur. Bunun nəticəsində güclü ödemlər yaranır, xüsusilə ayaqlarda. Ayaqlar fil ayaqlarına oxşamağa başlayır.

- Qalxanvari vəzi fəaliyyətinin zəifləməsi (hipotireoz) zamanı da ödemlər mümkündür. Xəstəliyin digər simptomları - halsızlıq, yuxululuq, soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz artması, qəbizliyə meyillik və s.

Qarınlarında hava olmasından əziyyət çəkən xanımlarımıza bir neçə faydalı məsləhətimiz var.

Gündə az-az amma tez-tez yemək yeyin. Az və tez-tez yemək həm rahat həzmi həm də  formada qalmanızı təmin edəcək. Yeməyi yaxşıca əzərək udmaq da qarın şişliyinin yaranmasının qarşısını alır.

Tərəvəz, meyvə, taxıl, quru paxlalılar lif baxımından zəngin qidalardır. Liflər bağırsaq hərəkətlərinin nizamlı işinə və həzm sistemi sağlamlığının qorunmasına kömək edir. Kətan toxumu, barbunya, çiyələk, brokoli kimi lif baxımından zəngin yeməkləri gün ərzində istehlak etməyə diqqət edin.

Soğan, gül kələm, süd, saqqız, spirtli içkilər bağırsaqlarınızda qaz təcrübəsinə və qarın şişliyini gətirib çıxarar. Problem yaşadığınız dövrlərdə bu yeməklərdən uzaq dayanmanızda fayda var.

Qarın şişliyini aradan qaldırmaq üçün təbiətin möcüzə meyvələrindən faydalana bilərsiniz. Etməniz lazım olan əməliyyat olduqca sadə və qarın şişliyi üçün təsirli bir üsuldur.
Yarım stəkan ilıq suyun içinə bir limonun suyunu sıxıb qarışdırın. Bu qarışığı səhər oyandığınızda və günortadan sonra ac qarına için. Ardından  5 dəqiqə yüngül hərəkətlərlə yeriyin.

Həssas bir mədəniz varsa limon suyu zərər verə bilər. Limon suyu  yerinə melisa otu tətbiq edə bilərsiniz.
 1 su stəkanı qaynar suyun içinə 1 qaşıq melisa otu əlavə edin. Dəmlənməsi üçün 5 dəqiqə gözləyin. Süzdükdən sonra içib, 5 dəqiqə yüngül hərəkətlərlə yeriyin.
Melisa otu eyni zamanda sinir sistemini rahatlaşdıran şəfalı bir bitkidir.
Uzun zamandır qarın şişkinliyi problemi yaşayırsınızsa mütləq bir mütəxəssisə müraciət edin. Qarın şişkinliyi arxasında ciddi bağırsaq və həzm sistemi xəstəlikləri saxlanır.

Gündə 1-2 damla Anason yağı da içmək həzmsizliyə və qaz çıxmasına kömək edir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri