Bel və onurğa ağrılarından əziyyət çəkənlər üçün məsləhətlər
Bir çox insan bel və boyun ağrılarından əziyyət çəkir. Xüsusilə də ofis işçiləri bu problemlə üzləşir.

Saatlarla eyni pozada qalmaq onurğaya düşən yükü artırır. Doktor İlhan Elmacı ofisdə ikən aşağıdakı qaydalara əməl etməyi məsləhət bilir. 

*Oturarkən arxaya çevrilməli olduqda, sadəcə başınızı deyil, bütün bədəninizi döndərin. Əks halda boyunda və beldə ağrılar baş verə bilər.

*Kompüter gözlə eyni səviyyədə dayanmalıdır. Başı aşağı əyib ekrana baxmaq boyun əzələlərini yorur.

 

*Uzun müddət eyni pozada qalmayın. Fasiləsiz olaraq 45 dəqiqədən çox oturmaq və ya ayaq üstə durmaq onurğaya mənfi təsir edir. Odur ki, 5-10 dəqiqəlik fasilələr vermək lazımdır. 45 dəqiqə ayaq üstə qalmısınızsa, 10 dəqiqə oturun, və ya əksinə.

*Oturarkən beli dəstəkləyən yastıqdan istifadə etmək lazımdır. Buna vərdiş edin.

*Nə isə götürmək üçün yerə əyilməyin. Çömələrək götürün. Ani şəkildə yerə əyilmək onurğanı zədələyə bilər.

* Bel və boyun bölgəsi tərli qalmamalı, bu bölgələri küləkdən və kondisionerin üfürdüyü hava axınından qorumaq lazımdır.

Yatarkən diqqətli olun!

Həkim yanlış yuxu pozasının da bel və boyun problemlərinə səbəb olduğunu bildirir.

Asan məşq hərəkətləri

Asan məşq hərəkətləri

*5 saniyəlik fasilələrlə baş önə əyilməli, çənə sinəyə dəyməlidir. Bu vəziyyətdə önə doğru baxmaq lazımdır.

*Sağ əli sağ qulağın üstünə qoyub başı yavaşca itələyin. Eyni zamanda da başınızla əli itələməyə çalışın. Bu zaman baş və boyun dümdüz durmalıdır. Proses 10 saniyə davam etməlidir. Daha sonra eyni şeyi sol tərəfə də tətbiq edin. 

*Arxası üstə uzanın. Onurğa düz olmalı, ayaq barmaqları tavanı göstərməlidir. Boynunuzu büküb ayağınızın ucuna baxın. Bu zaman bel yerdən qalxmamalıdır. 10 saniyə gözləyin.

5 saniyəlik fasilələrlə bu hərəkəti 10 dəfə təkrarlayın.

*Arxası üstə yerə uzanın. Bel və ombanı yerdən qaldıraraq 5 saniyə havada saxlayın. Hərəkəti 10 dəfə təkrarlayın.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri