Bütün insanlar öldükdən sonra dünya ona qalacaq
"Dünyanın ən dözümlü heyvanı hansıdır?" deyə soruşduqda ilk ağla gələn hamam böcəyi ola bilər. Ancaq -270 dərəcəlik soyuğa dözən və 30 il yemək yemədən yaşaya bilən tardigrad (mikroskopik su ayısı), planetimizdə ola biləcək böyük bir fəlakətdən sonra həyatda qala biləcək tək canlı növü olacaq.

Mir.az bildirir ki, bu kiçik canlı, Günəş var olduğu qədər ən azı 10 milyard il ərzində nəslini davam etdirə biləcək. Dünyanın varisi olaraq adlandırılan tardigrad, 8 ayaqlı mikroskopik bir canlı növüdür. Həm suda, həm də quruda yaşaya bilir. Eyni zamanda da çox yüksək və aşağı təzyiqə də dözə bilir.

30 il ərzində yemək yemədən həyatda qala bilən tardigradların dondurucu soyuğa (-270 dərəcəyə qədər), yandırıcı istiliyə (+150 dərəcəyə qədər) və yüksək radiasiyaya da dözə bildiyi deyilir. Bu kiçik canlıların dözə bildiyi radiasiya miqdarının 5000 - 6200 GY doza olduğu müəyyən olundu. (Bəzi kemoterapi müalicələrində tətbiq olunan dozayla eynidir). 1 millimetrin altında bir ölçüyə sahib olsa da su dünyanın ən dözümlü canlısı olduğu deyilir . 

İngiltərədəki Oxford Universitetinin elm adamları, su ayılarının meteor toqquşması, komet (ulduz partlaması) ya da qamma şüası partlayışları kimi hər cür fəlakətə dözə bilən və ən az 10 milyard il daha ətrafda ola biləcəklərini bildirdilər. 

Bizi Facebookda İzləyin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri