Danimarkanın Ulstrup qəsəbəsində bir evdə eyni ailədən 6 nəfərin həlak olmasına dair istintaqda, 45 yaşlı atanın əvvəl həyat yoldaşını və 4 uşağını öldürdüyü, daha sonra intihar etdiyi məlum oldu.

Ölkənin gündəmindən 2 gündür ki düşməyən sirr cinayətin üstü açıldı. Bir ailənin 6 üzvünün də ölü tapıldığı sirli cinayətin arxasında ata olduğu məlum oldu.

Şərq Jutland polisi tərəfindən edilən açıqlamada, 9 Yanvarda baş verən hadisə ilə bağlı istintaq çərçivəsində hadisə yeri araşdırma qrupları və eksbertlərinhəmin evdə araşdırmalar etdiyi bildirildi.

Açıqlamada, atanın həyat yoldaşını və 4 uşağını öldürdükdən sonra intihar etdiyinin bilindiyi məlumatı paylaşıldı.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri