Dəridəki ət xalları (o cümlədən, ziyillər) — insan papillovirusları adlanan xoşxassəli şişlərdir. Onlar tibbi problemlərdən daha çox kosmetik problemlər yaradırlar. Onları yox etmək qətiyyən çətin deyil. Lazımi prosedurları hətta ev şəraitində də etmək ola

Lazımi prosedurları hətta ev şəraitində də etmək olar.

Dəridəki ət xalları (o cümlədən, ziyillər) — insan papillovirusları adlanan xoşxassəli şişlərdir. Onlar tibbi problemlərdən daha çox kosmetik problemlər yaradırlar. Onları yox etmək qətiyyən çətin deyil. Lazımi prosedurları hətta ev şəraitində də etmək olar.

Nyu Yorklu onkoloq-krioloq Duq Uillen bu problemdən xilas olmaq üçün çox sadə üsul təklif edib. O, ət xallarına qarşı alma sirkəsini məsləhət görür. Bir neçə damcı alma sirkəsi ilə pambıq tamponu və ya təmiz dəsmalı isladıb xalın üstünə gündə 3 dəfə qoyursuz. Bir neçə günə papillomanın rəngini dəyişdiyinin şahidi olacaqsız. Bu proseduru bir neçə həftə, şişlər təmiz yoxa çıxana qədər davam etdirmək lazımdır. «Proseduru tamamilə təhlükəsiz yerinə yetirmək üçün, papillomaları islatmadan əvvəl sirkəyə azca su da əlavə etmək olar» — doktor Duq Uillen məsləhət görür. Alma sirkəsi papillomaları yox etmək üçün tətbiq edilən bütün xalq təbabəti üsullarından ən effektivi və təhlükəsizidir.

http://sirliqadin.az/

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri