DİQQƏT: Yemək bişirərkən bu səhvləri etməyin
Mir.az komandası qidaları düzgün bişirmə üsullarından bir neçəsi ilə sizi də tanış edir...

Bədən üçün faydalı olan ət, süd kimi məhsullar düzgün bişirilmədikdə bütün qida dəyərini itirir. Bu qidaları bişirərkən bir neçə əhəmiyyətli məqama diqqət etmək lazımdır.

Ət bişirərkən...

 Normal istilikdə bişirilmiş ətin qida dəyəri itməz. Ancaq yüksək istilik dərəcəsində bişən ətlərdə vitamin itkisi yaşanır. Soba, qızartma və yağda yüksək istilikdə bişirilən ətlər həm suyunu, həm də tərkibindəki vitamin və mineralları itirir.

 Bu vitamin və mineral itkisinin baş verməməsi üçün ətin üstünə pomidor və ya başqa sulu tərəvəz qoyaraq az odda bişirmək lazımdır. Beləliklə, heç bir vitamin itkisi yaşanmaz.

 Tərəvəz bişirərkən...

 Tərəvəzlərdə isə vəziyyət tam əksinədir. Tərəvəzlərin tərkibində bol miqdarda su var. Bu səbəbdən də mümkün olduğu qədər su qatılmadan və qısa müddətdə bişirilməlidir. Tərəvəzlər qaynadıldıqdan sonra həmin suyu tökməyin. Bu zaman sudakı B1 vitamini və fol turşu tamamilə yox olacaq.

 Kartof mümkün qədər qabıqlı bişirilməlidir. Qabığı ilə birlikdə bişirilmiş kartof təxminən 1,600 mq kalium ehtiva edir. Kartofun tərkibindəki potasium banandan az qala 4 qat çoxdur.

 Kalium yalnız nəmləndirici deyil, eyni zamanda qan təzyiqini aşağı salan təsiri də var.

Doğranmış tərəvəz və meyvələr bişirildiyi zaman qaynar suya atılmalıdır. Soyuq suda bişirilməməlidir. Təzə tərəvəzlər pomidor və ya tomatla bişirilərsə, bişmə müddəti uzanar.

 Süd bişirərkən...

 Südlü şirniyyatlar bişirərkən şirniyyatı ocaqdan götürməzdən əvvəl şəkər əlavə etmək lazımdır. Bu halda hazırladığınız südlü şirniyyatın vitamin dəyəri itməz. Bundan başqa, süd qabardıqdan sonra qarışdırılaraq 5 dəqiqə qaynadılmalı və dərhal soyudulmalıdır.  Soyuducuda şüşə qabda 1-2 gün saxlanıla bilər.

 Makaronun düzgün bişirilmə üsulları

 Makaron və digər taxıl qrupu qidalarını bişirərkən bişirmə suyunun tökülməsi suda əriyən vitaminlərin, xüsusilə də B qrupu vitaminlərinin itkisinə səbəb olar. Qida elementi itkisini minimuma endirmək üçün makaron və bənzəri taxıl qrupu qidaları az suda qaynadaraq və suyun çəkildikdən sonra bişirilməsi uyğun olar.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri