Dünyanın ən seksual məhkumu - FOTOLAR
Jeremy Meeks Dünyanın ən seksual məhkumu kimi tanınır...

Jeremy Meeks 2014-ci ildə silahlı soyğunçuluq ittihamı ilə Kaliforniyada həbs olunur. Həbs olunduğu zaman onun fotoları internetdə yayılır. Jeremy qısa müddətdə məşhur olur və "dünyanın ən seksual məhkumu" kimi tanınır.

 Bir neçə ay bundan əvvəl isə o, azadlığa buraxılıb. Jeremy hələ həbsxanada olduğu müddətdə moda agentliklərinin diqqətini cəlb etmişdi. Həbsdən azad edilən kimi o, maniken və model olaraq müqavilə imzalayır. “Seksual məhkum” azadlığa qovuşan kimi karyerasına başlayır.

 Ötən həftə J. Meeks “New York Moda Həftəsi”ndə podiuma çıxıb və bütün diqqətləri üzərinə cəmləyib. Onu izləyənlər arasında pop ulduz Madonna başda olmaqla Kylie Jenner və Tyga kimi məşhur simalar da olub. 

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri