Evdar xanımlar üçün yemək bişirmə ilə bağlı qızıl məsləhətlər
Gərəkli məsləhətlər

• Əgər kərə yağı acılaşıbsa, ona təmizlənib xırda doğranmış yerkökü əlavə edib qaynadın. Yağ dağ olan kimi kökləri çıxardıb, odu söndürmək lazımdır.
• Duzlu balığın asan təmizlənməsi üçün onu bir müddət yaş etmək, ya da yaş parçaya büküb saxlamaq lazımdır.
• Mayonez turşuyubsa, ona bir qaşıq soyuq su əlavə edin.
• “Vineqret” salatını hazırlayarkən, ərzaqların rəngini qorumaq üçün əvvəlcə lazım olan bütün ərzaq, tərəvəz və göyərtini doğrayıb duru yağ ilə qarışdırmaq, sonra isə çuğunduru əlavə etmək lazımdır.
• Salatları metal və plastmas qablarda saxlamaq olmaz: həm tez xarab ola bilər, həm də zəhərlənmə verə bilər.
• Salat hazırlayarkən bişirilib doğranmış tərəvəzləri yalnız soyuduqdan sonra qarışdırmaq olar.


• Soyutma kartofları qabıqla qaynatmaq məsləhətdır.
• Qaynadılmış tərəvəzlər həmin suyun içində soyuyana qədər saxlanılmamalıdır.
• Xama salata, yeməzdən bir az əvvəl qarışdırılmalıdır.
• Qaynadılmış ətin suyundan sous bişirmək fikriniz varsa, suya əvvəlcədən duz tökməyin.
• Dəfnə yarpağını yalnız xörəyin bişməsinə beş, on dəqiqə qalmış əlavə edin və xörək bişdikdən sonra çıxardın.
• İstifadə etməmişdən qabaq ət maşınının ustundən qaynar su axıtsanız, yaxşı olar.
• Elektrik sobasında qızaran ətin üzərinə yalnız isti su və ya isti ət suyu əlavə edin. Soyuq su töksəniz, ət bərkiyər.

• Əgər qaynatdığınız ətin suyunun şəffaf qalmasını istəyirsinizsə, onu möhkəm odun üstündə qaynatmayın,imkan verin ət bişənə qədər asta-asta qaynasın.
• Qabığı soyulmuş kartofun qaynadılarkən ağ qalmasını istəyirsinizsə, suya limon əlavə edin.
• Əti suda qaynadarkən kəfini yığmağa geciksəniz, ona bir stəkan soyuq su əlavə edin, kəf yenidən suyun üzərinə yığılacaq.
• Mal ətinin tez bişməsi üçün onu taxta çəkiclə bir az döyəcləyin və suya bir – iki qaşıq sirkə əlavə edin.
• Ət tavaya yapışmasın deyə, qızardarkən yağa bir – iki dilim kök qoyun.
• Yumurtanı qaynadarkən suya bir az duz töksəniz, çatlamaz.
• Əgər salata baş soğan əlavə etmək istəyirsinizsə, xırda-xırda doğrayıb aşsüzənə yığın və üstünə qaynar su gəzdirin. Beləliklə, o öz acılığını itirəcək və dadlı olacaq.

• Kələmi qaynadarkən suyuna bir dilim çörək atsanız, xoşagəlməz qoxu olmaz.
• Buzlu ətin donunu açarkən üçün onu nə suya, nə də isti yerə qoymayın.
• Çiy əti beş günə qədər belə bir qatışığın içində saxlamaq olar: 0,5 stəkan süd ilə bir yumurtanı möhkəm çalıb, ona duz, istiot lazım gələrsə soyuq su əlavə edin.
• Soyuducuya çörək və ya soğan qoysanız, xoşagəlməz iy çəkilər.
• Kotlet bişirən zaman ətə çox çörək qatmayın. Əks təqdirdə çörək yağı özünə yığar və kotlet çox yağlı olar.
• Kotletləri elektrik sobasında bişirsəniz, daha dadlı olar və tez bişər.
• Sosiskaları suda yox, onun buxarında bişirsəniz çox dadlı olar.

• Ciyərin üzərindəki pərdə rahat çıxsın deyə, onu bir neçə dəqiqə qaynar suda saxlayın.
• Toyuğu sobada bişirən zaman, üzərinə ketçupla xamanın qarışığını çəksəniz, daha dadlı olar.
• Balığı qızardarkən mətbəxdən pis qoxu gəlməsin deyə, tavanın içinə çiy kartof qoyun.
• Kartof kotletinə vuracağınız yumurtanın ağını ayrıca çalıb sonra əlavə etsəniz, yaxşı olar.
• Tərəvəzli şorbaya kartof əvəzinə qovrulmuş un əlavə etmək olar.
• Lobyalı şorbaya təzə nanə töksəniz, daha ləzzətli olar.
• Şorbanın xeyirli və dadlı olması üçün, bişən kimi üzərinə təzə kök, pomidor və ya kələm şirəsi əlavə edin.
• Hər hansı bir duru xörəyə yumurtanı belə əlavə edin: əvvəlcə yumurtanı yaxşıca çalın, sonra ona bir az soyuq su əlavə edib bir az da çalın və çalınmış yumurtanı xörəyə qarışdıra-qarışdıra əlavə edin.

• Qurudulmuş limon və ya portağal qabığını quru çay qutusuna qoysanız, ətirli və dadlı olar.
• Xroniki yorğunluqdan əziyyət çəkənlərin hər gün dəniz kələmindən istifadə etməsi məsləhətdir.
• Almanı yeyərkən onu toxumları ilə birlikdə yeyin.
• Boranı toxumu həm sidik kisəsinin əzələlərini möhkəmlədir, həm də iltihabı götürür. Hər gün 2-3 xörək qaşığı təmizlənmiş boranı toxumu yemək, prostat xəstəliyini müalicə edir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri