Hamımızın həyatında olan Yodun faydaları, zərərləri və tarixi
Ümumiyyətlə dəniz və okeanlarda olan yod, yod məhlulunun istehsalında istifadə edilir.

Təsadüf əsəri 1811-ci ildə kəşf edilən Yodun əskikliyi zob xəstəliyinə səbəb olur.

Yod Napaleonun Ordusuna barut düzəldərkən təsadüfən kəşf edildi.

B. Courtois barut istehsalında istifadə edilməsi üçün Kalium-Nitrat istehsal edən bir adamın oğlu idi. Courtois kimya təhsili aldı və hərbi xəstəxanalarda əczaçı olaraq çalışdı. Atası borc səbəbiylə həbsə girincə, Courtois Kalium-Nitrat işinə girdi. Napaleonun ordularına barut düzəltmək üçün lazım olan Kalium-Nitrat (Hindistan Şorası) Fransada istehsal edilirdi. Courtois kalium-karbonatı dəniz yosunu küllərindən əldə edirdi. Şumerlər və Misirlilər dəniz küllərini sabun yerinə istifadə bilirdi. Kalium karbonat kiri təmizlədiyi üçün Afrikada hələ də sabun yerinə bu külü istifadə edən qəbilələr vardır. Courtois dəniz yosunu külündəki kalium-karbonatı külləri suyla yuyaraq təcrid etməkdə idi. Küllərə sulfat turşusu töküb istənməyən maddələri də uzaqlaşdırırdı. Courtois 1811-ci ildə bir gün sulfat turşusu çox tökdükdə qarışıqdan bənövşəyi bir qaz çıxdı. Bənövşəyi rəngli qaz soyuq bir səthə vuran tünd rəngli kristallara çevrilmişdi. Bu maddənin nə olduğunu anlamaq istəyən Courtois kristalları yığdı. Kristalların bəzilərini araşdırması üçün qazlar mövzusunda mütəxəssis olan kimyaçı J. L. Gay- Lussac’a, bəzilərini də fizik A. Marie Ampere’e verdi. Gay-Lussac bunun yeni bir element ola biləcəyini açıqladı və maddəyə Yunan bənövşəyi mənasını daşıyan “iodes” sözündən törətdiyi “iode” adını verdi. AMPS, kristalların bəzilərini İngilis kimyaçı H. Davy’ye vermişdi. Davy, yodun yeni bir element olduğunu kəşf etdiyini elan edincə Gay-Lussac ilə aralarında anlaşılmazlıq çıxdı. Ancaq hər ikisi də yod adlı elementi ilk dəfə Courtois’in təcrid etiğini açıqladı.

Yod məhlulu və indiki vaxtda istifadə edilən Batikonun tərkibi Yod təşkil edir.

Sehirli Yod

Sehirli Yod

Sehirli Yod- Sarmısaqla Yodun qarışıgı belə adlanır.

Kiçık şüşə qab götürün, içinə 3-4 diş sarmısağı rəndələyin və yaxud çox xırda doğrayın. Bu qaba 3 kiçik qab (flakon) yod boşaldın, qarışımı 1 həftə qaranlıq yerdə saxlayın. 1 həftədən sonra "Sehirli Yod"umuz hazırdır...

Bu möcüzəvi cövhərdən bütün ağrıyan oynaqlara, bel- kürək nahiyəsinə, yaralara, əzilmiş və göyərmiş yerlərə sürtə bilərsiniz. 

Ağrı və göyərmiş yerlər az müddətdə tamamilə yox olur.

 İnsan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ gəlməsinə səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 mkq%), dəniz kələmində, balıq yağında vardır.

Suyunda yod çatışmayan rayonların əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq, 100-260 mkq-dır. Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm üçün çoх böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F və Mn dişlərin formalaşmasında iştirak edir.

Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.

Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!

Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:

- osteoxondroz (boyun və bel ağrıları zamanı)

- lyumbaqo (bel ağrıları)

- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)

- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)

- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit

- mialgiyalar (əzələ ağrıları)

- hematomalar

- bağların dartılması

- oynaqlarda ağrılar

- əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.

Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi).

Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.

Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.

Diqqət!

- Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.

- Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri