Hindistanda fil 14 nəfəri öldürdü
Hindistanın Carxand və Bihar ştatlarında 1 fil 14 nəfərin ölümünə səbəb olub.

Hindistanda fil 14 nəfəri öldürdü

Carxand ştatında 25 yaşlı Raju Pahariya adlı gənc marketdən evə qayıdarkən filin hücumuna məruz qalaraq ölüb.

Məlum olub ki, həmin fil daha öncə Bihar ştatında 4 nəfəri də öldürüb. Fil sonra Carxand ştatındakı meşəliyə aparılıb. Lakin, burada da dinc durmayan fil aprel ayından bu günə qədər son hadisə ilə birlikdə 10 nəfərin ölümünə səbəb olub.

Beləliklə, iki ştatda ümumilikdə 14 nəfər 1 fil tərəfindən öldürülüb.

Meşə mühafizə idarəsinin rəsmisi Sinq bildirib ki, Heydərabad şəhərindən 5 nəfər fil təlimçisinin gələcəyini və həmin fili əhliləşdirəcəklərini söyləyib. O deyib ki, əgər fili sakitləşdirmək mümkün olmasa vurmaq üçün müvafiq idarələrdən icazə istəniləcək.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri