İsraildə bədxassəli şiş və digər xəstəliklərin əməliyyatı – QİYMƏTLƏR
İsraildə bədxassali şiş və digər xəstəliklərindən müayinə və müalicə qiymətlərini təqdim edirik.

Azərbaycanda hər 100 min nəfərin 400-dən çoxu bədxassəli şişlərdən əziyyət çəkir. Bu göstərici hələ ötən il dövlət statistika komitəsi tərəfindən açıqlanıb. Ümumillikdə, ötən il 10,2 min nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib ki, bu da əhalinin hər 100 000 nəfərinə 107 xəstə edir. Qeyd edək ki, bədxassəli şiş xəstəliyindən əziyyət çəkənlər arasında xarici ölkələrə üz tutanlar da var. Bədxassəli şişin müayinə və müalicə qiymətlərini araşdırdıq. Medical travel şirkətinin nümayəndəsi Cahangir Şirinli onlara bu tip xəstəliklərin xaricdə müalicəsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Qiymətlərə gəlincə isə C.Şirinli əməliyyatların qiymətlərinin 6 – 40 min arasında dəyişdiyini qeyd edib.

  • Həkim konsultasiyası 250-1000 dollar
  • Biopsiya - 1500 - 3000 dollar
  • MRT 1500 dollar
  • KT - 150-350 dollar
  • Mədə bədxassəli şişi əməliyyatı - 25000-40000 dollar
  • Bağırsağ bədxassəli şişi əməliyyatı - 20000- 35000 dollar
  • Radikal histerektomiya - 15000 -20000 dollar
  • Kimya terapiya kursu - 1000 - 19000 dollar
  • Bel disk yırtığı əməliyyatı - 25000-35000 dollar
  • Aorta koronar şuntlama - 30000 dollar
  • Diz/bud protezi əməliyyatı - 23000 dollar
  • Katarakta əməliyyatı -6000 dollardan yuxarı
  • Qlaukoma əməliyyatı 6000 dollarda yuxarı

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri