İynə Vurma Qaydası - İynə Necə Vurulur?
Hörmətli xanımlar! Yəqin ki,hər biriniz həyatda bir dəfə də olsun iynə vurdurmaq məcburiyyətində .Bilənlər bilir,amma bilməyənlər isə məcburiyyət qarşısında iynə vurmaq üçün bacaran şəxs axtarır.

Ya da müraciət eləyir,hansısa tibb müəssisəsinə.Təbii ki,bu da havayı başa gəlmir.Həm öyrənəsiz,həm də büdcənizə qənaət edəsiz deyə sizə  əzələ daxilinə necə iynə vurmaq lazımdır,bunu öyrətməyə çalışacam.

Əvvəlcə onu deyim ki,iynə vurulacaq nahiyəni spirtlə və ya yodla isladılmış pambıqla bir neçə dəfə ancaq bir istiqamətdə silin.Yəni ya yuxarıdan aşağı, ya da aşağıdan yuxarı olmaqla islaq pambığı həmən nahiyəyə sürtün.

Daha sonra isə dərmanı yığdığınız şprisi əlinizə alıb şəxsin göstərilən nahiysinə,90 dərəcəli bucaq altında iynəni sonuna qədər batırın. İynəni batırdıqdan sonra dərhal porşeni itələməyin.

Əvvəlcə porşeni yuxarı çəkin ki,kapilyara düşmədiyinizdən əmin olasız. Əgər porşeni çəkəndə şprisə qan gəlirsə,deməli,kapilyara düşmüsüz. Bu zaman iynəni həmən nahiyədən çıxarıb başqa nöqtəyə salın.

Əks halda burada şişkinlik yarana bilər.Yeri gəlmişkən,yaranmış belə şişkinliyi həmən yerə duzlu və ya spirtli məhlulla isladımış kompres qoymaqla əridə bilərsiz.Yox,əgər şprisə qan gəlmirsə,onda porşeni itələyin,məhululu boşaldan kimi şprisi çıxarın və iynə yerini spirtli pambıqla yüngülcə silin. Bu qədər!

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri