İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
II və III qrupa imtahan verənlərin nəzərinə !

Dövlət İmtahan Mərkəzindən daxil olan məlumata görə,  imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri