Bu maraqlı suala cavab verək.

Cavab

Heç bir şeyin içərisində.Çünki genişlənən şey Kainatın içindəki bir maddə deyil Kainatın özüdür.Bu cavab insanlara yetərli və hisslərə uyğun gəlməz, çünki günlük həyatdada öyrəşdiyimiz üzrə bir şeyin genişlənməsi o şeyin genişlənməsi üçün bir ərazi dolayısı ilə kosmos olmasını gərəkdirir ,ancaq kosmosun özü üçün belə bir şey keçərli deyil.Kainatın heç bir şeyin içərisində olmadığı halda genişlənməsinin hisslərimizə tərs gəlməsinin səbəbi Kainatın özünü günlük həyatda gördüyümüz hər hansı bir obyekt kimi kənardan baxaraq düşünməmizdir.Halbuki Kainatın içərisindən baxaraq düşünərsək hisslərimizə tərs gələn heç bir yoxdur.

Özünüzü sual 1-də verdiyimiz səhifə analogiyasındakı 2 ölçülü səhifə içərisində yaşayan bir canlı olaraq düşünərsək Kainatın genişlənməsi hisslərimizə tərs gəlməyəcəkdir,ancaq nə zaman özümüzü səhifənin kənarından baxan bir izləyici kimi düşünərsək o zaman hisslərimiz ilə Kainatın genişlənməsi arasında anlaşılmazlıq olacaqdır.Burdakı problem "Kainata kənardan baxmaq" qismidir,çünki Kainata kənardan baxabilmək üçün əvvəlcə "çölün" olması gərəkdir.Ancaq yoxdur çünki Kainat bütün kosmosu əhatə edər.Kainatın çölü olmadığı üçün Kainata kənardan baxtığımızda onun necə görünəcəyi sualıda anlamsız qalır və Kainatı kənardan deyil onun içərisində yaşayan biri olaraq genişlənməyi anlamağa çalışarsaq hiss olaraq heç bir çətinliklə qarşılaşmarıq.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri