Kaliforniyada sahilin üzərini örtən nəhəng bulud " qiyamət başladı" dedirtdi - VİDEO
ABŞ-ın Kaliforniya ştatının Santa Cruz şəhərinin çimərliyi üzərindəki səmanı birdən nəhəng bir bulud örtməsi gələnlərə qorxulu anlar yaşatdı.

İnternetdə paylaşılan videoda səmanın birdən qaraldığı, sərt küləyin əsdiyi, sonra da fantastika filmlərindəki " qiyamət" səhnələrini xatırladan nəhəng bir buludun dəniz və çimərliyin üstünü örtdüyü görülür. Videonu paylaşan adam, "Çətirlər uçub getdi, üzüm qumla örtüldü, insanlar çimərliyi tərk etmək üçün qaçdı. Bulud bir neçə dəqiqədə üzərimizdən keçərək getdi və yenidən günəş çıxdı "deyə yazdı. Bəzi istifadəçilər hadisəyə bağlı diqqət çəkici şərhlərdə yazdı. James Austria adlı istifadəçi, "Bu sıx buludun içində kosmos gəmisi gizləndi" deyə yazarkən, Nitin Kumar, "Hər an düşəcəkmiş kimi bir təəssürat yaradır insanda " şərhini yazdı.

Chrome Who isə, "Bu dünyanın sonudu" dedi.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri