Kolumbiyanın mərkəz hissələrində turistlərin ziyarət etdiyi asma körpünün tərs dönməsi nəticəsində 11 nəfər həyatını itirdi.

Kolumbiyada turistlərin axın etdiyi asma körpü, ən çox ziyarət edildiyi bu dövrlərdə artıq izdihama dözmədi. Baş verən faciə ölkə gündəminə çıxarkən, ölkə turizmi ilə məşğul olanları təşvişə saldı.

Rəsmi şəxslər, Villavicencio şəhəri yaxınlığındakı körpünün həddindən artıq izdiham səbəbindən tərsinə çevrildiyini açıqlayıb. Təxminən 80 metr hündürlükdən uçuruma düşən ikisi uşaq 11 nəfər ölüb, 14 nəfər də yaralanıb.

Yaralıların vəziyyətinin ağır olduğu, ölü sayının artmasından narahatlıq duyulduğu qeyd olunub.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri