Mərakeş Daxili İşlər Nazirliyinin ölkənin bəzi şəhərlərinə göndərdiyi rəsmi bir yazı burka istehsalı və satışını qadağan etdiyi bildirildi.

Müsəlman ölkələrində və dünyanın bir çox yerindəki Müsəlman icmalarda geyimi məşhur olan çarşab növü Burka, Mərakeşdə rəsmən qadağan olundu. 48 saat ərzində bütün burka istehsalının bitəcəyi açıqlandı.

Rəsmi Yazı Göndərildi

Daxili işlər Nazirliyi ölkənin Tanca, Tatavin, Mertil, Sela, Tarevdanat və Meknes şəhərlərində yerləşən emalatxana və mağazalara göndərdiyi rəsmi yazıda, burka istehsalı və satışının qadağan olunduğunu bildirərək bu məhsulun istehsal və satışının dayandırılmasını tələb edib.

Qadağanın 48 saat ərzində tətbiq olunacağını dilə gətirildiyi yazıda qadağaya əməl etməyənlərin istehsal etdikləri malların müsadirə olunacağı qeyd edilib.

Burka Nədir? Hansı Ölkələrdə istifadə Edilir?

Burka, hər tərəfi qapalı və yalnız üz hissəsinin açıq olduğu çarşaba verilən addır. Taliban rəhbərliyi dövründə Əfqanıstanda geyilməsi məcburi hala gətirilmişdi. Hazırda Əfqanıstan, Pakistan və Hindistanın şimal bölgəsində rəğbətlə qarşılanmaqla bərabər, dünyanın hər yerində istifadə olunur. Həmçinin bəzi radikal Yəhudi məzhəbləri də burka bənzəri bütün bədəni örtən paltarlar geyinirlər.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri