Məşhur döyüşçümüz “planetin ən güclü”sü adına namizəddir - FOTO

b_550_325_16777215_00_images_xeber_sekilleri_10noyabr2016_15027714_349453892081004_4630174236691147986_n.jpg

Kikboksinq üzrə üçqat dünya çempionu və WAKO üzrə Avropa çempionu, məşhur idmançımız Ramal Aslanov növbəti qələbəsini qazanıb.

Bu barədə Missiya.Az-a idmançının özü məlumat verib.

"Lord" ləqəbli idmançımız reytinq xalı üzrə dünyada ən güclü səkkiz döyüşçünün “planetdə ən güclü” adı uğrunda aprdığı yarışın finalına vəsiqə qazanıb. 

71 kq çəki dərəcəsində döyüşən "Lord" final yolunda tanınmış Tailandlı idmançı Faamonqkon Sor Jor Danrayonqla döyüşüb. İndiyədək keçirdiyi 327 döyüşün 275 qalib gələn məşhur döyüşçü "Lord"un qarşısında duruş gətirə bilməyib. Ramal qalib gələrək dekabr ayında keçiriləcək finala vəsiqə əldə edib.

“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, mənimlə birlikdə illərdir əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Rəqibimin tanınmış və güclü olması məni çəkindirmirdi. Onu asanlıqla məğlub edib finala adladım. Qələbələrimin ardı olacaq. Final görüşündə də qalib gəlib Azərbaycanıma qızıl medal gətirəcəm”, - deyə Ramal bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_10noyabr2016_15032711_1121258667951330_3050172320216985726_n.jpg

İdmançının çalışdırıcısı Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyev bu qələbələrin Azərbaycanda gənc kikboksçulara böyük mənəvi stimul olduğunu qeyd edib. “Ramal öz üzərində çalışan idmançıdır. Onun uğurları bir müəllimi kimi məni sevindirir. Ramal yarışa ciddi hazırlaşırdı və nəticə istədiyimiz kimi oldu”, - deyə Hacıyev bildirib.

Qeyd edək ki, final görüşü dekabr ayında keçiriləcək.

577a4124e24b3865a1ce0f4da664de54.jpg

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri