Məzuniyyət pulu necə hesablanır? - Məzuniyyət haqqının hesablanması qaydası
Əmək Məcəlləsinə əsasən ödənişli məzuniyyətə çıxmaq işçinin əsas hüquqlarından biridir. Məzuniyyət haqqının hesablanması ilə bağlı əksər insanlarda suallar yaranır. Eyni zam…

Əmək Məcəlləsinə əsasən ödənişli məzuniyyətə çıxmaq işçinin əsas hüquqlarından biridir. Məzuniyyət haqqının hesablanması ilə bağlı əksər insanlarda suallar yaranır. Eyni zamanda insanların əksəriyyətinin məzuniyyətə yay aylarında çıxdığını nəzərə alaraq məzuniyyət haqqının hesablanması qaydasını nümunələrlə nəzərinizə çatdıracağıq.

Məzuniyyət haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 140-cı və Məzuniyyətlər haqqında qanunun 27 ci maddəsinə əsasən aşağıdakı kimi hesablanır.

  • Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
  • 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
  • Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməkləorta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
  • Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
  • İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
  • Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.

İndi isə bir neçə nümunə ilə məzuniyyət haqqının hesablanmasına nəzər yetirək.

Nümunə 1.  Fərz edək ki, işçi 01.01.2015 ci il tarixdən əmək müqaviləsi ilə işləyir. İşçi, 01.01.2015 ci il tarixdən 01.01.2016 cı il tarixinə olan dövr üçün 2016 cı ilin yanvar ayında 30 günlük məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin məzuniyyəti təsdiq olunub və işçininn son 12 aylıq əmək haqqısı aşağıdakı kimi olub.

  1. Yanvar 2015 – 300 AZN
  2. Fevral 2015 – 300 AZN
  3. Mart 2015 – 300 AZN
  4. Aprel 2015 – 450 AZN
  5. May 2015 – 450 AZN
  6. İyun 2015 – 450 AZN
  7. İyul 2015 – 450 AZN
  8. Avqust 2015 – 600 AZN
  9. Sentyabr 2015 – 600 AZN
  10. Oktyabr 2015 – 600 AZN
  11. Noyabr 2015 – 600 AZN
  12. Dekabr 2015 – 600 AZN

CƏMİ 5700 AZN, Deməli işçinin bir illik əmək haqqısı 5700 AZN olub. Aylardan da göründüyü kimi, əmək haqqında müəyyə müddətdən bir artım olub. Burdan, orta aylıq əmək haqqını tapmalıyıq. Deməli, 5700/12=475 AZN. Orta aylıq əmək haqqı 475 AZN, Burdan isə orta günlük əmək haqqını tapaq.

Orta günlük əmək haqqı 475/30.4=15.62 AZN

Deməli, 30 günlük məzuniyyətə çıxan işçinin məzuniyyət haqqı 30 gün * 15.62 AZN=468.6 AZN

Nümunə 2.  Fərz edək ki, işçi 01.02.2016 ci il tarixdən əmək müqaviləsi ilə işləyir. İşçi 7 ay işləmiş və 2016 cı ilin sentyabr ayında 20 günlük məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin məzuniyyəti təsdiq olunub və işçininn işlədiyi aylar üçün aylıq əmək haqqısı aşağıdakı kimi olub.

  1. Ferval 2016 – 500 AZN
  2. Mart 2016 – 500 AZN
  3. Aprel 2016 – 500 AZN
  4. May 2016 – 700 AZN
  5. İyun 2016 – 700 AZN
  6. İyul 2016 – 700 AZN
  7. Avqust 2016 – 700 AZN

CƏMİ: 4300 AZN

Orta aylıq əmək haqqı: 4300/7=614.30 AZN

Orta günlük əmək haqqı: 614.30/30.4=20.20 AZN

İşçinin 20 günlük məzuniyyət haqqı: 20.20*20=404 AZN

Qeyd edək ki, əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək Məcəlləsinə görə işçilərə ödənişli əsas məzuniyyət 21 gündən az olmayaraq verilməlidir. 21 gün ödənişli əsas məzuniyyətdə minimal həddir. İşçinin işlədiyi sahədən, tutduğu vəzifədən, ailə tərkibindən, yaşından, sağlamlıq vəziyyətindən asılı olaraq ödənişli əsas məzuniyyət günləri də arta bilir. Məzuniyyətin növləri və digər bu kimi mövzularla əlaqəli bir neçə məqləmiz olacaq. Hər biri haqqında ətraflı məlumat verəcəyik.

Əmək Məcəlləsinin 131.1 ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir və ən geci bir il tamam olanadək ona məzuniyyət verilməlidir.

Əgər işçi 6 ay tamam olmadan məzuniyyətə çıxmaq istəyirsə, bu zaman işçi mütləq şəkildə işəgötürənin razılığını almalıdır.

Əmək məzuniyyəti işçinin arzusu ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən biri 14 təqvim günündən az olmasın.

Hər birinizə isti yay günlərində məzuniyyətinizdə xoş istirahət arzu edirik.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri