Müsəlman dünya çempionu: "Arvadım onunla yatdı, rədd olsun!" - VİDEO - FOTO
Britaniya idmanında və şou-biznesində daha bir qalmaqal yaşanır.

2004-cü il Olimpiya Oyunlarının gümüş medalçısı, sabiq dünya çempionu, məşhur boksçu Əmir Xan arvadı ilə boşanmaq niyyətini açıqlayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya pakistanlı mühacirlərin ailəsində doğulmuş Əmir Xanın dediyinə görə, arvadı, 26 yaşlı Fəryal Məhdum ona peşəkar boks üzrə superağır çəkidə dünya çempionu Entoni Coşua ilə xəyanət etdib.

"Arvadım onunla yatdı, rədd olsun! Boşanırıq. Dubaydayam və artıq sabiq arvadıma uğurlar arzulayıram. Sənə görə valideynlərimlə, dostlarımla münasibətləri pozdum. Sən tamahkar qadın, küçə adamısan. Entoniyə artığım çatacaq", - 30 yaşlı Əmir Xan Tvitter-dəki profilində yazıb.

Daha sonra o, Entoni Coşuaya mesaj yazıb: "Fəryal sürətlə irəliləyir. O, həmişə mənə deyirdi ki, boks aləmindən başqa kişi ilə yatmaq istəyir. Sabiq arvadım çəki dərəcəsini artırıb. Entoni, inan ki, qısqanc deyiləm. Ona görə ünsiyyətdə olduğun insanların fotolarını mənə yollamağa zərurət yoxdur".

27 yaşlı Entoni Coşua Tvitter-də belə cavab verib: "Heç gözləmirdim! Uşaqlar, ümid edirəm ki, problemlərinizi özünüz həll edəcəksiniz. Çünki Farialla heç görüşməmişəm. Üstəlik, dərisi mənim dərimin rəngində olan qadınlardan xoşum gəlir. Məni bu işlərə qatmayın".

Entoni Coşua daha sonra yazıb ki, deyəsən, Əmir Xanın akkauntlarını hakerlər sındırıb.

Əmir Xan dərhal cavab yazıb ki, akkauntu qaydasındadır.

Əmir Xanla Entoni Coşua bu yaxınlaradək yaxşı münasibətlərdə idi.

26 yaşlı Fəryal Məhdum isə ərini suçlayıb, ittihamları rədd edib. O, Tvitter-də ərinə sürəkli olaraq mesajlar ünvanlayıb:

"Boksçu karyeran başa çatdığı üçün başqa boksçuları suçlayırsan. Kişi hərəkəti deyil, Əmir"; "Qəzetlərdə hər ay tumançaq fotoları dərc olunan mən deyildim. Yalançı!"; "Mənə pul xərclədiyini yazırsan! Yalandır! Evlə bağlı bütün xərcləri, ailəmizin xərclərini mən ödəyirəm. Sanki, tənha anayam. O isə haralardasa veyillənir!"; "Hər şeyə nöqtə qoyuram. Həyatımdan rədd ol!"

Əmir Xanla Fəryal Məhdum 2014-cü ilin martın 31-də Nyu-Yorkda, "Waldorf Astoria"da evləniblər. Pakistan adətlərinə uyğun ikinci toy isə Mançesterdə olub.

Onların bir qızı var.

Bu ilin əvvəlində Əmir Xanın valideynlərinin narazılığı səbəbindən Əmir Xanla Fəryal Məhdumun münasibətləri korlanıb.

Əmirin valideynləri hesab edirlər ki, Fəryal model kimi yarıçılpaq sessiyalara çəkilməklə ərini və bütün müsəlmanları biabır edir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri